Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 12:50

«Respublika» Bankından partlayıcı tapılmadı


Respublika Bankı - 15 dekabr 2006-cı il

Respublika Bankı - 15 dekabr 2006-cı il

Bakının Xəqani küçəsində yerləşən «Respublika» Bankına dekabrın 15-də saat 14:15-də binada partlayıcı qurğu yerləşdirilməsi ilə bağlı anonim zəng gəlib. Zəngdən dərhal sonra bankın bütün əməkdaşları evakuasiya olunub. Səbail Rayon Polis İdarəsinin şöbə rəisi Çingiz Bağırov «Azadlıq» radiosuna bildirib ki, hazırda hüquq-mühafizə orqanları araşdırma aparırlar.


Küçədən keçən insanları təlaşa salmamaq üçün ərazidə Fövqəladə Hallar Nazirliyinin təlim keçdiyi bildirilir. Hadisə yerində Fövqəladə Hallar, Milli Təhlükəsizlik, Daxili İşlər nazirlərinin müavinləri də gəlib.


Fövqəladə Hallar Nazirliyinin rəsmisi Kamil Bağırovun verdiyi məlumata görə, əməliyyat-axtarış tədbirləri zəngin əsassız olduğunu göstərib. Binadan heç nə tapılmayıb və bank öz işini davam etdirəcək.


Xəqani küçəsində bir neçə saat idi dayandırılan nəqliyyatın hərəkəti artıq bərpa olunub. Kamil Bağırovun hazırda mütəxəssislərin anonim zəngin haradan gəldiyini araşdırdığını bildirdi.



Günün bütün mövzuları

XS
SM
MD
LG