Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:12

Gürcüstanda idxal olunan malların əksəriyyətindən vergi tutulmur


12 faiz gömrük vergisi müvəqqəti olaraq yalnız kənd təsərrüfatı məhsulları üçün saxlanılır

12 faiz gömrük vergisi müvəqqəti olaraq yalnız kənd təsərrüfatı məhsulları üçün saxlanılır

Bu il sentyabrın 1-dən Gürcüstana mallar fərqli rejimdə idxal olunur. Hələ Gürcüstan hökumətinin yazdan anons etdiyi plana görə, ölkə «Tailand modeli»ni seçib və bununla da idxal vergisi sıfıra endirilib. Sentyabrın 1-dən işə düşən yeni modelə görə, onlarla vergi tarifindən yalnız üçpilləli gömrük vergisi qalıb. Onun da həcmi 0,5-12 faiz arasında müəyyənləşdirilib. İdxal olunan malların böyük əksəriyyətinə isə sıfır vergi təyin olunub.

Bu yenilik maşın və qurğuların idxalına, qəhvə və maya məhsullarına, süd tozuna, kakaoya, diri balığa, ağaca və başqa bitkilərə, bütün növ toxumlara, foto və kino məhsullarına, ipək, pambıq və yun parçalara, işlənməmiş dəri üçün xammala, təbii və süni dərilərə, nəqliyyat vasitələrinə, silah və hərbi materiallara, musiqi alətlərinə, bütün növ saatlara, oyun və idman avadanlıqlarına aiddir.


Yüksək hədd, yəni 12 faiz gömrük vergisi müvəqqəti olaraq yalnız kənd təsərrüfatı məhsulları üçün saxlanılır. O da Gürcüstanın kənd təsərrüfatının müəyyən sahələrinin fəallaşmasına və inkişafına dəstək vermək üçün edilir.


5 və 12 faizlik hədd yalnız bu ilin sonuna kimi tikinti və başqa hazır məhsullar üçün qalacaq. 2007-ci ildən 12 faizlik hədd 5faizə, 2008-ci ildən isə sıfıra endiriləcək.


Beləliklə, Gürcüstanda sentyabrdan gömrük tariflərinin liberallaşması ilə bağlı yeni və çox mühüm mərhələyə start verilib. Bunun sayəsində də universal gömrük qanunvericiliyi və tariflərin hazırlanması yönündə hərtərəfli işə başlanılıb.


Bu yenilik maşın və qurğuların idxalına, qəhvə və maya məhsullarına, süd tozuna, kakaoya, diri balığa, ağaca və başqa bitkilərə, bütün növ toxumlara, foto və kino məhsullarına, ipək, pambıq və yun parçalara, işlənməmiş dəri üçün xammala, təbii və süni dərilərə, nəqliyyat vasitələrinə, silah və hərbi materiallara, musiqi alətlərinə, bütün növ saatlara, oyun və idman avadanlıqlarına aiddir.
Eyni zamanda, Gürcüstan ticarət rejiminin unifikasiyasının, yəni vahid qaydalarının formalaşdırılmasını da aparacaq. Bu da MDB və başqa ölkələrinkindən tamam fərqlənəcək.


Gürcüstanda MDB ölkələrindən gətirilən məhsullara vergi tutulmurdu. Baxmayaraq ki, başqa ölkələrdən gətirilən mallar üçün vergi ödənməliydi. Bundan sonra isə bu fərq sıfıra endiriləcək. Ekspertlərə görə, bunun nəticəsində də MDB ölkələrindən idxal olunan məhsulun müəyyən hissəsi Avropa və başqa bazarlara axın edəcək.

Gürcüstan iqtisadiyyatının idxal olunan məhsuldan asılılığı çox yüksəkdir və bu asılılıq getdikcə də artır. Bunu rəsmi statistika da göstərir: 2005-ci ildə Gürcüstan ixracatı 866 milyon dollarıydısa, yəni idxalın 34 faizini təşkil edirdisə, bu ilin ilk rübündə həmin rəqəm 32 faizə, ikinci rübdəsə 27 faizə düşüb. Beləliklə də, idxalın ölkə iqtisadiyyatına bir o qədər də az olmayan təsiri qısa zamanda yüksək templə bir az da artıb. Nəzərə alsaq ki, Gürcüstan oktyabrda onu blokadaya almış ən böyük tərəfdaşı Rusiya Federasiyası ilə ticarət və iqtisadiyyat əlaqələrini kəsdi və beləliklə də, ən böyük ixracat bazarını itirdi, alternativ bazarların axtarışı isə çox zəif templə gedir, deməli, ölkənin idxaldan asılılığı bir az da artacaq.


Əlbəttə, Gürcüstanın idxal olunan məhsulları yerli mallarla əvəzləmək imkanı da var. Ancaq bu çox məhdud kateqoriya məhsullara aiddir. Bura ilk növbədə, ərzaq malları daxildir, o da hamısı yox. Məsələn, süd istehsalı üçün Gürcüstanın lazımi xammal resursları yoxdur və o həmişə bu məhsulun müəyyən hissəsinin idxalına möhtacdır. Sözün qısası, ölkədə yerli məhsulla əvəzlənməsi mümkün olmayan malların siyahısı çox genişdir. Bura enerji ehtiyatları, maşın və qurğular, nəqliyyat vasitələri, geyim, ərzaq məhsulları üçün xammal və bu qəbildən xeyli mallar da daxildir. Bəzi mallar var ki, onlar ümumiyyətlə, Gürcüstanda istehsal olunmur.


Deməli, gömrük brokerlərinin işsiz qalmaq təhlükəsi yoxdur. Növbəti ildə onları idxal mallarının böyük axını gözləyir. Buna uyğun olaraq gömrük brokerlərinin sayı da artacaq.


Bütün bunlarla yanaşı, Gürcüstanda idxalat prosedurunun sadələşdirilməsi də gözlənilir. Bununla da artmaqda olan yük dövriyyəsinin əngəlsiz keçirilməsi təmin olunmalı, bir də gömrükdəki növbələr aradan qaldırılmalıdır.


Hərçənd bütün bunlar hələ ki, proqnoz və ehtimallardır. Hər halda, hər şey ölkədə yeni qurum fəaliyyətə başladıqdan sonra aydınlaşacaq.


Gələn il martın 1-dən fəaliyyətə başlayacaq Maliyyə Nazirliyinin Gəlirlər Xidməti nazirlikdə mövcud olan üç qurumun - Gömrük və Vergi Departamentlərinin, eləcə də Maliyyə Polisinin qarışığından yaranacaq. İndi parlamentdə bu xidmətin yaradılmasını nəzərdə tutan qanun layihəsi müzakirə olunur və bu yetərincə hay-küylü müzakirədir. Parlament üzvləri idarələrin birləşdirilməsinin əleyhinə deyillər. Sadəcə, hüquqi təhqiqat aparmaq imkanı əldə edəcək bir quruma bu cür geniş səlahiyyətlərin verilməsi müəyyən suallar doğurur.


Hələlik bu qurum tam formalaşmayana, onun strukturu və çərçivəsi, səlahiyyətləri və nizamnaməsi dəqiq müəyyənləşdirilməyənə kimi gömrüyün nizamlanması da havadan asılı qalacaq. Ancaq ekspertlər hesab edirlər ki, indiyədək mövcud olan və büdcə gəlirlərinə nəzarət edən Gömrük Departamentinin funksiyaları idxal tariflərinin ləğvindən sonra zəifləyəcək, başlıca diqqət idxal olunan məhsulun keyfiyyətinə, narkotika və başqa bu cür qadağan olunmuş məhsulların idxalının qarşısını almağa yönələcək.


XS
SM
MD
LG