Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:50

Ünvanlı sosial yardımın alınması ilə bağlı qaydalar dəyişdiriləcək


Hadı Rəcəbli ünvanlı sosial yardım almaq üçün istənilən 17 sənədin siyahısının azaldılacağını söyləyir
Hadı Rəcəbli ünvanlı sosial yardım almaq üçün istənilən 17 sənədin siyahısının azaldılacağını söyləyir

Milli Məclisin dekabrın 15-də keçirilən iclasında deputatlar ünvanlı sosial yardımın alınmasında çətinliklərin olduğunu bildirdilər. Millət vəkillər dedilər ki, kənd yerlərində yardımın alınması daha çətindir. Belə ki, hətta mülkiyyətində qeyri-münbit torpağı olan şəxslər də yardım ala bilmirlər.


Müzakirələrə qatılan Sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli bildirdi ki, gələn il vətəndaşların ünvanlı sosial yardım alması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təlimatı dəyişdiriləcək. Hadı Rəcəbli ünvanlı sosial yardımla bağlı qanunda heç bir maneənin olmadığın bildirsə də, nazirliyin təlimatında yardımın paylanması ilə bağlı müəyyən bürokratik əngəllərin olduğunu dedi. Komissiya sədri vətəndaşdan ünvanlı sosial yardım almaq üçün istənilən 17 sənədin siyahısının azaldılacağını söylədi.


Ailədə adambaşına gəliri 30 manatdan az olan şəxslər üçün nəzərdə tutulan ünvanlı sosial yardım 2006-cı ilin iyun ayından verilməyə başlayıb.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG