Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:06

Dekabrın 30 və 31-i yarmarkalar təşkil olunacaq


Ətinin bir kiloqramının 4 manat olmasına dair lövhə vurulsa da, bu qiymətə ət almaq mümkün deyil
Ətinin bir kiloqramının 4 manat olmasına dair lövhə vurulsa da, bu qiymətə ət almaq mümkün deyil

Qurban və Yeni il bayramlarına hələ iki həftədən çox vaxt qalsa da, bazarlarda artıq indidən ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətləri artır. Alıcılar daha çox ət məhsullarının bahalaşmasından şikayətlənirlər. Əksər mağazalarda mal ətinin bir kiloqramının 4 manat olmasına dair lövhə vurulsa da, elə həmin mağazalarda kiloqramı 4 manat 50 qəpikdən ucuz ət almaq mümkün deyil. Qoyun ətinin qiyməti isə 5 manatdan 5 manat 40 qəpiyədək qalxıb. Bahalaşma kolbasa və sosiska, balıq və balıq məhsullarından da yan keçməyib.


Rəyini soruşduğum paytaxt sakinləri də bahalaşmadan şikayətlənirlər: «Bütün məhsullar bahalaşıb, nəzarət isə yoxdur», «Yazıb üstünə bir qiymət qoyublar, yaxınlaşırsan almağa başqa qiymət deyir», «Buna yuxarıdan nəzarət olmalıdır, satan deyir ki, alırsan al, almırsan alma»…


Satıcılar isə deyirlər ki, ət məhsullarının qiymətindəki artım dekabrın 3-cü ongünlüyündə daha çox olacaq

Satıcılar isə deyirlər ki, ət məhsullarının qiymətindəki artım dekabrın 3-cü ongünlüyündə daha çox olacaq. Qoyun ətinin qiyməti hətta 6, mal ətinin qiyməti isə 5 manat 80 qəpiyədək qalxacaq. Satıcılar qiymət artımının yanvarın 1-ci ongünlüyündən nisbətən zəifləyəcəyini desələr də, ekspertlər belə düşünmürlər. İqtisadçı ekspert Azər Mehdiyev: «Ayrı-ayrı dövlət məmurlarının enerji daşıyıcılarının qiymətlərinin qaldırılacağı ilə bağlı söylədiyi fikirlər bayramdan sonra qiymətlərin geri qayıtması imkanlarını sıfıra endirir».


Kənd Təsərrüfatı Nazirliyi isə bayramqabağı qiymət artımının qarşısını almaq üçün müvafiq tədbirlər görməyə hazırlaşır. Nazirliyin əməkdaşı Murtuzəli Hacıyev deyir ki, dekabrın 30 və 31-də əhaliyə daha ucuz və keyfiyyətli məhsullar təklif olunan yarmarkalar təşkil olunacaq: «Dekabrın 30 və 31-i yarmarkalar təşkil olunacaq. Burda daha çox tələb olunan məhsullar - ət və ət məhsulları, balıq, süd məhsulları, toyuq, yumurta bazarlardan çox ucuz qiymətə satılacaq».


Ekspertlər isə, qiymət artımının qarşısını almaq üçün çıxış yolunu yarmarkaların təşkilində yox, ölkədə inhisarçılığın aradan qaldırılmasında görürlər. Bir qisim ekspertlərə görə, ölkəyə xaricdən kifayət qədər mal gətirilərsə, yəni təklif artarsa, bu qiymətlərin sabit qalmasına, hətta aşağı belə düşməsinə gətirib çıxarar.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG