Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:37

Amerika xaricdəki hüquq müdafiəçilərinə hər il mükafat verəcək


Kondaliza Rays bildirib ki, QHT-lər dünyada azadlıq mübarizəsinə böyük töhfə verib

Kondaliza Rays bildirib ki, QHT-lər dünyada azadlıq mübarizəsinə böyük töhfə verib

Amerika dünyada demokratiyanı dəstəkləmək məqsədi ilə 3 yeni proqram həyata keçirməyə başlayır. Bu barədə Dövlət katibi Kondaliza Rays məlumat verib. Yeni təşəbbüslərdən biri belə adlanır - Qeyri-hökumət təşkilatları (QHT) üçün 10 prinsip. Bu proqram xarici dövlətlərin öz qeyri-hökumət təşkilatları ilə necə davrandığını qiymətləndirmək üçün həyata keçiriləcək. Bununla yanaşı Amerika xaricdəki hüquq müdafiəçilərinə də hər il mükafat verəcək. Bu mükafat hüquq müdafiə təşkilatları ilə yanaşı, insan haqları uğrunda mübarizə aparan fərdi şəxslərə də veriləcək. Eyni zamanda bütün dünyada hüquq müdafiəçilərinin fəaliyyətini dəstəkləmək üçün ayrıca fond yaradılır. Fövqəladə vəziyyətə düşən hüquq müdafiə təşkilatlarına və hüquq müdafiəçilərinə yardım məqsədi ilə formalaşdırılan fonda ilkin olaraq 1 milyon dollar vəsait ayrılıb.


Kondaliza Rays deyib ki, bu fondu Dövlət Departamenti idarə edəcək: «Hökumətin təzyiqinə məruz qalan hüquq müdafiəçilərinin maddi yardıma çox ciddi ehtiyacları yaranır. Fövqəladə şəraitdə onlara dərhal kiçik qrantlar veriləcək».


Rays QHT-lərin işinə yüksək qiymət verib və bildirib ki, onların fəaliyyəti bütün dünyada azadlıq mübarizəsinə böyük töhfə verib.


Günün bütün mövzuları

XS
SM
MD
LG