Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:56

«Gənclərin bir yerə yığışması və sənət uğurlarını bölüşməsi vacibdir»


«14-24»ün qonaqları - Ülviyyə Ağayeva (solda) və Əzizə Lalayeva, 13 dekabr 2006

«14-24»ün qonaqları - Ülviyyə Ağayeva (solda) və Əzizə Lalayeva, 13 dekabr 2006

«İstedad» Yaradıcı Gənclərin İctimai Birliyi 2005-ci ilin yanvar ayında Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. Birliyin rəhbəri Əzizə Lalayeva deyir ki, qurumu yaratmaqda məqsəd Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafı naminə yaradıcı gəncləri bir araya gətirmək, onların mənəvi ehtiyaclarını ödəmək, yaradıcı imkanlarının genişlənməsinə dəstək olmaqdır: «Biz düşündük ki, Azərbaycanda belə bir qurumun yaranması zəruridir. Gənclərin bir yerə yığışması, sənət uğurlarını bölüşməsi və onların bir-birinə dəstəyi vacibdir».

Xanım Lalayeva deyir ki, «Şeron» vokal qrupu, «Təbəssüm» Uşaq Musiqi Teatrı onların birliyinin üzvüdür, müğənni Röya Ayxan isə bir sıra tədbirlərinin həyata keçirilməsinə kömək edib.


«Yeni Ulduz -1» musiqi müsabiqəsinin finalçısı, gənc ifaçı Ülviyyə Ağayeva isə son zamanlar efirdə görünməməsinin səbəblərinə aydınlıq gətirir. Xanım Ağayeva bildirir ki, o, hazırda təhsilini davam etdirməklə məşğuldur: «Öz dinləyicilərimə, pərəstişkarlarıma demək istəyirəm ki, biz hələ qayıdacağıq».


XS
SM
MD
LG