Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:50

Hacı Məmmədov son söz dedi


27 nəfər təqsirləndirilən şəxslərdən yalnız 4-ü son söz deyib

27 nəfər təqsirləndirilən şəxslərdən yalnız 4-ü son söz deyib

Dekabrın 14-də Hacı Məmmədov və onu dəstəsi kimi təqdim edilən şəxslərin bir qismi məhkəmədə son sözlərini deyiblər. Ağır qətllər və adam oğurluğunda ittiham olunan Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin keçmiş əməliyyat müvəkkili Hacı Məmmədov deyib ki, bu məhkəmədə onun cinayətlərinin yalnız 30 faizindən bəhs edilib. Hacı Məmmədov təcridxanada iki dəfə intihara cəhd etdiyini də söyləyib. O, özünü öldürmək istəməsini dostları, tanışları, iş yoldaşları və cəmiyyət qarşısında xəcalət çəkməsiylə izah edib. Keçmiş əməliyyat müvəkkili əvvəlki ifadələrində qətllərin sifarişçilərinin adlarını deyəcəyi barədə vəd versə də, bu dəfə də konkret ad çəkməyib.

Keçmiş əməliyyat müvəkkili əvvəlki ifadələrində qətllərin sifarişçilərinin adlarını deyəcəyi barədə vəd versə də, bu dəfə də konkret ad çəkməyib
Ancaq o, deyib ki, Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevin həyat yoldaşının oğurlanmasını sifariş edəni məhkəmə zalında əyləşənlərdən ikisi tanıyır. O, sifarişçinin zərərçəkənə də məlum olduğunu söyləyib. Hacı Məmmədovun sözlərinə görə, sadəcə, onlarla üz-üzə gəlmək istəmirlər. O, yada salıb ki, əvvəlki ifadələrində Fətulla Hüseynovun oğlu Tahirə atasının qətlinin sifarişçisini deyəcəyi haqda söz vermişdi. Ancaq, Hacı Məmmədov yenə də ad çəkmədən bildirib ki, sifarişçi elə Tahir Hüseynovun təxmin etdiyi şəxsdir. Amma, Tahir Hüseynov da kimdən şübhəli olduğu barədə məlumat vermir.


Günün ikinci yarısında isə eyni hadisələrdə iştirakda günahlandırılan DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirov son sözünü söyləyib. Özünü ittiham edildiyi cinayətlərdə təqsirli bilməyən Zakir Nəsirov deyib ki, Hacı Məmmədovun himayədarları Respublika Prokurorluğundadır. Günün sonunda da digər təqsirləndirilənlər son söz imkanından istifadə ediblər.


Dekabrın 14-də ittiham edilən 27 nəfərdən yalnız dördü sön söz deyib. Bundan əvvəl prokuror bu dəstənin üzvlərindən onuna ömürlük, qalanına isə iki ildən on beş ilə qədər cəza istəmişdi. Məhkəmə hökmü bütün son sözlər dinlənəndən sonra oxunacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG