Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:21

Benzinin qiyməti artır?


Benzinin bahalanması həm də beynəlxalq qurumların istəyidir

Benzinin bahalanması həm də beynəlxalq qurumların istəyidir

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev benzinin qiymətinin artırılmasını istəyir. Cənab Abdullayev bu günlərdə jurnalistlərlə söhbətində deyib ki, şirkət bu məsələnin müzakirə edilməsinin tərəfdarıdır. Hökumətin qiymətlərlə bağlı siyasətini həyata keçirən Tarif Şurasına İqtisadi İnkişaf naziri rəhbərlik edir. İqtisadi İnkişaf Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Abbas Əliyev isə deyir ki, hələlik heç bir qurumdan onlara benzinin bahalanması ilə bağlı müraciət daxil olmayıb.

Benzinin bahalanması təklifinə sürücü və sərnişinlərin rəyini dinləməzdən öncə ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin arqumentini xatırladım. Cənab Abdullayevin qənaətincə, artıq Azərbaycanda enerji daşıyıcılarının qiymətinin artırılmasının vaxtı çatıb.


O, təklifini belə əsaslandırır ki, ucuz enerji daşıyıcısı israfçılıq yaradır. Rövnəq Abdullayevin sözlərinə görə, Azərbaycan adam başına düşən enerji israfçılığına görə, dünyada birinci yeri tutur.


Enerji daşıyıcılarını israfçılıqla işlətdiyi bildirilən vətəndaşlardan bəziləri, Bakıda söhbətləşdiyim bir neçə sürücü və sərnişin isə qiymətlərin qaldırılması fikrini özlərinə yaxın buraxmır:



ARDNŞ-in sabiq prezidenti Sənan Əlizadə isə deyir ki, onsuz da benzinin qiyməti ucuz deyil: «Düzdür, maşın çoxdur. Amma onu da iş-güc üçün istifadə edirlər»
- «Maşın sürmək sərf etməyəcək. Qiyməti qaldırsalar, camaat da ayağa qalxacaq».

- «Bütün qiymətlər qalxacaq. Əgər bazarı tənzimləyə bilsələr, qoy, qiyməti standartlara uyğunlaşdırsınlar».


- «Qiymət qalxsa, sərf edər. Amma keyfiyyəti yaxşı olsun».


- «Benzin bahalanandan sonra camaat çətin ki, taksiya minsin».


- «Vəziyyət ağırdı, bir az da ağırlaşacaq…»


İndi Tarif Şurası bu haqda quruma heç bir rəsmi təşkilatdan müraciətin daxil olmadığını, benzinin qiymətinin artırılmasının hökumətin gündəmində durmadığını desə də, bundan əvvəl də yanacağın, enerjinin qiyməti qalxmazdan xeyli əvvəl bu cür söhbətlər müxtəlif mənbələrdən müzakirəyə atılırdı. Sonuncu dəfə dizelin və ya ictimai nəqliyyatda gedişhaqqının bahalanmasından əvvəl də belə olmuşdu. Rəsmi qurumlar qiymət artımını müxtəlif arqumentlərlə əsaslandırırdı.


Tarif Şurası əvvəlcə bu yöndə təkliflərin daxil olmadığını bildirir, sonrakı mərhələdə onların müzakirəsini yubadır və ya təxirə salırdı. Ancaq bu ilin əvvəlində hökumət gecəynən dizelin qyimətini artırdı. İlin sonuna doğru isə təxminən iki ilə yaxın davam edən daha bir müzakirəyə son verdi. Paytaxtda avtobusda gedişhaqqı əvvəllər deyildiyi kimi, min manat yox, 750 manat oldu.


İqtisadçıların qənaətincə, hökumət bununla özünü güzəştə getmiş kimi göstərdi. Amma əslində, öz istəyinə nail oldu. İqtisadçı Qubad İbadoğlu bildirir ki, hökumət indi benzinin bahalanması haqda fikri də dövriyyəyə nahaq yerə buraxmayıb. Çox güman ki, növbəti ilin əvvəllərində benzin bahalanacaq: «Hökumət yaxın zamanda ictimai rəyin formalaşmasına başlayır. Bu fikirlər mesaj kimi qiymətləndirilə bilər».


ARDNŞ-in sabiq prezidenti Sənan Əlizadə isə deyir ki, onsuz da benzinin qiyməti ucuz deyil: «Düzdür, maşın çoxdur. Amma onu da iş-güc üçün istifadə edirlər».


Cənab Əlizadə bildirir ki, benzinin qiymətinin bahalanması milli istehsala da zərər vuracaq. Bu isə istehsalatı zəif olan Azərbaycan üçün təhlükə vəd edir: «Onsuz da milli istehsalçılar Çindən gələn ucuz malın qarşısında rəqabətə duruş gətirmirlər. Bundan sonra isə çətin rəqabətə dözsünlər».


Benzinin bahalanması həm də beynəlxalq qurumların istəyidir. Amma bu təzə yox, köhnə söhbətdir ki, hökumət də həmişə buna etiraz edib. İqtisadçı Qubad İbadoğlu deyir ki, hökumət beynəlxalq qurumların istəyilə yanacaq-energetika sahəsində islahatlara başlayırsa, bu başqa məsələ. Amma təcrübə göstərir ki, ölkədə qiymət artımı heç vaxt islahat məqsədi daşımayıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG