Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:36

Gəncədə yeddi orta məktəbin yeməkxanası bağlanıb


Gəncədə yeddi orta məktəbin yeməkxanası bağlanıb. Bu barədə jurnalistlərə məlumat verən şəhərin baş epidemioloqu Almaz Tomiyevanın sözlərinə görə, Gəncə Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərliyi bir neçə məktəbin iaşə obyektləri sanitar norma və tələblərə cavab vermədiyi üçün onların bağlanması qərara alınıb: «Bu yeməkxanalarda nə axar su, nə də kanalizasiya sistemi var».


Baş epidemioloq bildirir ki, bu tədbirlər Gəncədə uşaqlar arasında yayılan sarılıq xəstəliyinin qarşısının alınmasına yönəlib. Gəncə Təhsil İdarəsindən isə yeməkxanaların bağlanmasından məlumatsız olduqlarını bildirirlər.


XS
SM
MD
LG