Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:05

Hüquq müdafiəçiləri Qobustan Qapalı Təcridxanasında olublar


Dekabrın 14-də İctimai Komitəyə daxil olan hüquq müdafiəçilərindən Çingiz Qənizadə və Sadət Bənənyarlı Qobustan Qapalı Təcridxanasında olublar. Çingiz Qənizadə «Azadlıq» radiosuna bildirib ki, onların məqsədi İctimai Komitəyə daxil olan şikayətləri yerində araşdırmaq olub. Ömürlük cəza alan məhbuslardan Nadir İsmayılov və Şəmsi Səmədzadə ilə görüşdüklərini deyən hüquq müdafiəçisinin sözlərinə görə, məhbuslar əsasən istintaqın ədalətli aparılmamasından narazılıq edirlər. Çingiz Qənizadə deyir ki, məhbuslardan saxlanma şəraitindən narazılıq edənlər də var. Bütün şikayətlərin araşdırılacağını deyən hüquq müdafiəçisi qeyd edir ki, hər hansı bir məsələylə bağlı ehtiyac olarsa onlar Ədliyyə Naziri və dövlət başçısına müraciət etmək niyyətindədirlər.
Hökumət nümayəndələri və hüquq müdafiəçilərinin daxil olduğu Ədliyyə Nazirliyinin yanında İctimai Komitə 2006-cı ilin sentyabrında yaradılıb.


XS
SM
MD
LG