Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 21:00

Havanın qısamüddətli pisləşməsi gözlənilir


Dekabrın 15-də Azərbaycan ərazisində hava şəraitinin qısa müddətə pisləşməsi gözlənilir. Ölkənin dağ və dağətəyi rayonlarda sulu qar və qar yağacağı ehtimal edilir. Bakı və Abşeronda isə şimal-qərb küləyinin güclənməsi gözlənilir. Bununla belə, paytaxtda da yağıntı olacağı istisna edilmir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hidrometeoroloji Proqnozlar Bürosunun rəhbəri Umayra Tağıyevanın «Turan»a bildirdiyinə görə, dekabrın 15 Bakı və Abşeron yarımadasında havanın hərarəti +4 +6 dərəcə təşkil edəcək. Sonrakı günlər - dekabrın 16, 17 və 18-də ölkə ərazisində sabit hava şəraiti müşahidə ediləcək, cənub küləyi əsəcək. Havanın hərarəti +10 dərəcəyədək yüksələcək.


XS
SM
MD
LG