Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:37

Jurnalistlərin IV qurultayı dekabrın 23-də olacaq


Əflatun Amaşov deyir ki, artıq yüzdən çox KİV qurultaya nümayəndə təqdim edib

Əflatun Amaşov deyir ki, artıq yüzdən çox KİV qurultaya nümayəndə təqdim edib

Azərbaycan jurnalistlərinin IV qurultayı dekabrın 23-də keçiriləcək. Bu barədə «Turan»a Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. Onun sözlərinə görə, qurultayda Mətbuat Şurası sədrinin, Mərkəzi Nəzarət Təftiş Komissiyasının hesabatları dinləniləcək və cari məsələlərə baxılacaq: «Biz istəyirik ki, qurultayda mətbuatın qlobal problemləri müzakirə olunsun. KİV-lərin iqtisadi durumunun yaxşılaşdırılması, reklam bazarının genişləndirilməsi ilə bağlı təkliflər irəli sürülsün. Eyni zamanda, qurultay iştirakçılarının mətbuat və söz azadlığının daha da genişləndirilməsi, bu sahədəki problemlərin həlli yolları ilə bağlı müraciətlər də qəbul edəcəyini güman etmək olar».


Cənab Amaşov bildirib ki, gündəlik qəzetlər, informasiya agentlikləri, jurnalist təşkilatları 2 nəfər, həftəlik qəzet və jurnallar isə bir nəfər olmaqla qurultaya nümayəndə göndərə bilər: «Artıq yüzdən çox KİV nümayəndəsini təqdim edib».


Günün bütün mövzuları

XS
SM
MD
LG