Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:39

Avropa Birliyi ekspertləri Əndican hadisələrini müzakirə edir


Əndicandan qaçan özbəklər Qırğızıstan sərhədində. 13 may, 2005-ci il
Əndicandan qaçan özbəklər Qırğızıstan sərhədində. 13 may, 2005-ci il

Avropa Birliyinin ekspertləri Daşkənddə ötən ilin qanlı Əndican hadisələrinin müzakirə edirlər. Nümayəndə heyətinin başçısı, finlandiyalı diplomat Pekka Oynonen «Azadlıq» radiosunun özbək xidmətinə müsahibəsində hökumətin onları Əndicana getməyə qoymaması barədə məlumatları təkzib edib: «Son iki gündə qatı duman var. İndi deyəsən, hava açılır, əgər sabah hava aydın olsa, biz ora gedəcəyik. Duman qayıtsa, səfərimiz baş tutmayacaq».


Özbək rəsmiləri 2005-ci ildə Əndicanda silahlı islamçıların qiyamından sonra 190 nəfərin öldürüldüyünü deyir. İnsan haqları qrupları isə təhlükəsizlik qüvvələrinin yüzlərlə mülki şəxsi də öldürdüyünü bildirir. Prezident İslam Kərimov hadisələrin beynəlxalq təhqiqinə icazə vermədiyinə görə, Avropa Birliyi Özbəkistana sanksiyalar tətbiq etmişdi. Ötən ay tərəflər danışıqları bərpa ediblər.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG