Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:51

Gəncədə mənzilləri və ictimai binaları qızdırmaq problemdir


«Qış gələndə evində qaz sobası olan qonşularla dava-qırğın başlayır»

«Qış gələndə evində qaz sobası olan qonşularla dava-qırğın başlayır»

Gəncə şəhər sakini Qalib Seyidov çoxmərtəbəli binada yaşayır. Soyuq aylarda dörd otaqlı mənzilini qızdırmaq üçün evində qaz sobası quraşdırıb. Çünki elektrik pilətəsi yalnız bir otağı isidir, sobanın istisi isə bütün otaqlara yayılır. Əvvəllər isə qış aylarında çoxmərtəbəli binalarda mənzillər istilik sistemi ilə qızdırılırdı. Amma Qalib Seyidov deyir ki, qaz sobası da təhlükəlidir: «Belə ki, tüstüsü bəzən evə yayılır, hətta bundan zəhərlənənlər də olub. Qış gələndə evində qaz sobası olan qonşularla dava-qırğın başlayır. Qazı evinə rezin boru ilə çəkənlər də var, bu da təhlükəlidir».

Amma həyət evlərində otaqları isitmək üçün pis-yaxşı vasitələr tapılır, şəhərin bir çox səhiyyə müəssisələri, ali təhsil ocaqlarında isə nə qaz sobası, nə də elektrik pilətələri var.

«Qış gələndə evində qaz sobası olan qonşularla dava-qırğın başlayır. Qazı evinə rezin boru ilə çəkənlər də var, bu da təhlükəlidir»
Gəncə Dövlət Universitetinin tələbələri deyirlər ki, soyuq sinif otaqlarında saat yarım dərsdə oturmaq çətin olur.


Şəhər İstilik Təsərrüfatının rəhbəri Əsəd Xudaverdiyev isə bildirir ki, vaxtilə Gəncədə 51 qazanxana işləyib, hazırda isə bir neçə xəstəxana və dövlət idarəsinin qazanxanası fəaliyyət göstərir. Yaşayış binaları, orta və ali məktəblərdə mövcud qazanxanaların isə fəaliyyəti çoxdan dayanıb. Onun sözlərinə görə, köhnə texnika və üsulla qazanxanaları işə salmaq üçün külli miqdarda vəsait lazımdı, amma müasir standartlarla qazanxana qurularsa, onun xərci bir qədər azalar. Cənab Xudaverdiyev deyir ki, Gəncədə istilik sistemini bərpa etmək üçün əsaslı tədbirlər planı hazırlanmalı və ilk növbədə, səhiyyə müəssisələrinin, ali və orta məktəblərin istilik sistemi bərpa olunmalıdır.


Yaşayış binalarına gəlincə, Əsəd Xudaverdiyev hesab edir ki, hələlik mənzillərin istilik sistemi ilə qızdırılması səhiyyə və təhsil müəssisələrindən sonraya saxlanmalıdır. Bir də cənab Xudaverdiyev problemdən çıxış yolunu istilik təsərrüfatının özəlləşməsində görür. O, hesab edir ki, təşkilat ziyanla işləsə, yenə də istilik sistemini bərpa etmək çətin olacaq.


Gəncə Şəhər İcra Hakimiyyətindən isə deyirlər ki, mənzillərdə qaz sobalarının quraşdırılmasının qarşısını almaqda çətinlik çəkirlər, belə təhlükəli isitmə üsulunun mövcudluğundan da narahatdılar. Ona görə də 2007-ci ildə şəhərin istilik sisteminin bərpası üçün tədbirlər planı hazırlanacaq. Ancaq bu planın icrası üçün nə qədər vəsait ayrılacaq, hələlik, bunu dəqiq bilmirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG