Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:18

Zakir Nəsirovun vəkili Adil İsmayılov müdafiə nitqindən imtina edib


Dekabrın 13-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Daxili İşlər Nazirliyinin keçmiş əməliyyat müvəkkili Hacı Məmmədov və digər 26 nəfərin məhkəməsi davam edib. Prosesdə vəkillərin nitqləri dinlənilib. Ancaq, təqsirləndirilən şəxslərdən biri DİN Baş Cinayət Axtarış İdarəsinin sabiq rəisi Zakir Nəsirovun vəkili Adil İsmayılov müdafiə nitqindən imtina edib. Vəkil bunu məhkəməyə təqdim etdikləri məlumatların araşdırılmaması və bu vaxta qədər verdikləri vəsatətlərin təmin edilməməsi ilə izah edib. Adil İsmayılov bildirib ki, onsuz da onların vəkil kimi hüquqları tanınmadığından nitq edib-etməmələri heç nəyi dəyişmir. O, bu qərara Zakir Nəsirovla məsləhətləşmələrdən sonra gəldiyini bildirib. Adil İsmayılov bununla belə deyib ki, Zakir Nəsirovun özünün son söz demək imkanından istifadə edəcək…


Hacı Məmmədov və daha 26 nəfər çoxsaylı adam oğurluğunda, qətllər törətməkdə ittiham olunur. Dövlət ittihamçısı təqsirləndirilən şəxslərdən 10 nəfərinə ömürlük, digərlərinə isə 15 ildən 2 ilə kimi həbs cəzası istəyib.


XS
SM
MD
LG