Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:09

«Tərəqqi» MTK-nın sədri həbs edildi


Ölümlə nəticələnən hadisəyə görə, «Azərtuneltikinti»nin də iki əməkdaşı həbs edilib

Ölümlə nəticələnən hadisəyə görə, «Azərtuneltikinti»nin də iki əməkdaşı həbs edilib

Dekabrın 13-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə «Tərəqqi» Mənzil Tikinti Kooperativinin (MTK) sədri Rizvan Kərimov həbs edilib. Bu barədə «Azadlıq» radiosuna Nəsimi Rayon prokuroru Aqşin Ziyadov məlumat verib. Onun sözlərinə görə, Rizvan Kərimov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-1.2-ci maddəsinin tələbinə əsasən (tikinti qaydalarını pozma) həbs edilib.

Dekabrın 8-də Bakının Nəsimi rayonu ərazisində «Tərəqqi» MKT-nın apardığı tikinti zamanı qazma-suvarma aqreqatının uçması nəticəsində iki nəfər həlak olub, bir nəfər isə xəsarət alıb. Nəsimi Rayon prokuroru Aqşin Ziyadov deyir ki, hadisə ilə bağlı bundan əvvəl «Azərtuneltikinti» İdarəsinin iki əməkdaşı da həbs edilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG