Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:53

ABŞ Dövlət Departamenti Qarabağdakı referendumun nəticələrini tanımır


Birləşmiş Ştatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
Birləşmiş Ştatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

ABŞ Dövlət Departamenti Dağlıq Qarabağda keçirilmiş referendumla bağlı bəyanat verib. Bu barədə «Amerikanın Səsi» radiosuna Departamentin sözçüsü Edqar Vaskez bildirib: «Birləşmiş Ştatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Biz Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımırıq. Biz təəssüf edirik ki, Dağlıq Qarabağda rəsmilər regionun müstəqilliyini təsbit edən konstitusiya layihəsi üzrə referendum keçiriblər».


Cənab Vaskez bildirib ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, danışıqlar vasitəsilə nizamlanmasının tərəfdarıdır: «Dağlıq Qarabağın gələcək statusu sülh prosesində Ermənistan və Azərbaycan arasında danışıqlarda müzakirə olunan məsələdir. Referendumun prosesi qabaqlamasına baxmayaraq, biz onun nəticələrini tanımırıq. Bununla belə, biz nəticələrin danışıqlarda yaranmış perspektivlərə mane olacağını düşünmürük».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG