Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:15

Gənclər üçün insan hüquqlarının tədrisi üzrə təlim kursları keçirilir


«14-24»ün qonaqları - Azər Bayramov (solda) və Şəmsi Axundov, 5 dekabr 2006
«14-24»ün qonaqları - Azər Bayramov (solda) və Şəmsi Axundov, 5 dekabr 2006
Gənclərin İnkişafı İctimai Birliyi Avropa Şurası Gənclər və İdman Direktorluğunun dəstəyi ilə insan hüquqları sahəsinə maraq göstərən gənclər üçün təlim kursları təşkil edir. Gənclərin İnkişafı İctimai Birliyinin sədri Azər Bayramov deyir ki, bu kurs 2006-cı ildə keçirilməsinə baxmayaraq, bir neçə illik tarixçəsi var. Belə ki, 2000-ci ildə Avropa Şurası Gənclər və İdman Direktorluğu Avropa İnsan Haqları Konvensiyasının 50 illiyinə həsr olunmuş gənclər proqramı elan edib: «Bu proqram insan hüquqlarının tədrisi gənclər proqramı idi. Həmin proqram çərçivəsində Avropa Şurası Gənclər və İdman Direktorluğu gənclər üçün bir sıra tədbirlər təşkil etdi. Bu tədbirlər Strasburqda və Budapeştdəki Avropa Gənclər Mərkəzlərində keçirildi. Məqsəd yerli səviyyədə insan hüquqlarının tədrisi ilə məşğul olan gəncləri Avropa təcrübəsi və insan haqları sahəsində görülən işlərlə tanış etmək və yerlərdə bu istiqamədə həyata keçirilən layihələrə dəstək vermək idi».

Cənab Bayramov bildirir ki, bu proqram çərçivəsində artıq «Kompas» adlı kitab nəşr edilib: «Kitab gənclərin iştirakı ilə insan hüquqlarının tədrisinə dair vəsaitdir. Burda həm tədris edən, həm də auiditoriya gənclərdir».


«Bizim Gənclik» İctimai Birliyi isə 2006-cı ilin may ayında dövlət qeydiyyatından keçib. Qurumun rəhbəri Şəmsi Axundov deyir ki, onların əsas məqsədi gənclərə vətənə sədaqət və dövlətçilik prinsiplərini aşılamaqdır: «Bu istiqamətdə çoxlu işlər aparırıq. Biz çalışırıq ki, gənclər qarşılıqlı münasibətlərdə olsun, informasiya mübadiləsi aparsın və s.»


XS
SM
MD
LG