Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:32

Metroda jeton qıtlığını metropoliten özü yaradır


2007-ci il yanvarın 1-dən metroda gediş haqqı yalnız plastik kartlarla ödəniləcək

2007-ci il yanvarın 1-dən metroda gediş haqqı yalnız plastik kartlarla ödəniləcək

Bakı Metropoliteninin stansiyalarında son günlər özünü göstərən jeton qıtlığını metropoliten özü yaradıb. Bunu «Azadlıq» radiosuna Bakı Metropoliteninin rəisi Tağı Əhmədov deyib. Onun sözlərinə görə, 2007-ci il yanvarın 1-dən metro plastik kart sisteminə keçir və buna görə də yeni jetonlar almır. İstifadədə olan jetonları yenidən dövriyyəyə çıxarmaq isə bir qədər vaxt tələb etdiyindən bəzən satışda fasilələr yaranır: «Əgər yanvarın 1-dən jetondan istifadə olunmayacaqsa, mən nəyə görə müəssisənin pulunu artıq yerə xərcləməliyəm. Qoy, camaat indidən kart almağa başlasın».

Cənab Əhmədov deyir ki, mart ayı ilə müqayisədə artıq kart alan sərnişinlərin sayı artıb: «211 min nəfərdən çox sərnişin kart sistemindən istifadə edir ki, bu da ümumi sərnişinlərin yarısına bərabərdir». Növbəti ildən metroda gediş haqqının bahalaşmasına gəlincə isə, Tağı Əhmədov deyir ki, 2009-cu ilədək qiymətdə heç bir dəyişiklik olmayacaq.


Bakı Metropoliteni gediş haqqının plastik kartlarla ödənilməsi sisteminə 2006-cı ilin martından keçib. 2007-ci il yanvarın 1-dən isə gediş haqqı yalnız plastik kartlarla ödəniləcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG