Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:09

«Azərbaycanda siyasi məhbus problemi tam həll edilməyib»


AŞ PA Monitorinq Komitəsinin sədri Eduard Lintner

AŞ PA Monitorinq Komitəsinin sədri Eduard Lintner

«Azərbaycanda siyasi məhbus məsələsinin tam həll edildiyini söyləmək olmaz. Bu məsələdə müəyyən problemlər hələ də qalır», - bu, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin sədri Eduard Lintnerin fikirləridir. Cənab Lintner deyir ki, komitə bu istiqamətdə müşahidələrini davam etdirir: «Biz ümid edirik ki, Azərbaycan hökuməti və prezident etimadı doğrultmaq üçün bu məsələ ilə bağlı xüsusi iş aparacaq».

Cənab Lintnerin sözlərinə görə, Monitorinq Komitəsinin xüsusi mütəxəssislər qrupu hazırda Azərbaycanda siyasi məhbuslar məsələsi üzərində işləyir və vəziyyəti nəzarətdə saxlayırlar. Onlar komitəyə bundan sonra da bu barədə müraciət edən insanlara köməklik göstərməyə çalışacaqlar.


Komitə sədri bildirir ki, AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçiləri Andreas Herkel və Toni Lloyd Bakıda olarkən həbsxanalara da baş çəkiblər. Onların bu barədə hazırladıqları hesabat dekabrın 13-də AŞ PA Monitorinq Komitəsinin Parisdə keçirilən iclasında müzakirə ediləcək.


Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Gültəkin Hacıyeva isə bildirir ki, həmməruzəçilər Assambleyanın Paris toplantısında iştirak etməyəcəklər. Ona görə də bu məsələnin iclasda müzakirəsi gözlənilmir. Toplantıda Azərbaycanı nümayəndə heyətinin digər üzvü, deputat Aydın Abbasov təmsil edəcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG