Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:26

Referendum sülh prosesinə mənfi təsir göstərəcək


Siyasi Komitənin iclasında Ermənistandan başqa, qurumun bütün üzvləri iştirak edib

Siyasi Komitənin iclasında Ermənistandan başqa, qurumun bütün üzvləri iştirak edib

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Siyasi Komitəsinin dekabrın 11-də Bakıda keçirilən iclasında Dağlıq Qarabağda Konstitusiyaya dəyişikliklə bağlı referendum barədə də danışıldı. Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov toplantı iştirakçılarının bu barədə ona verdiyi sualı cavablandırarkən dedi ki, belə bir referendumun keçirilməsi uydurma bir addımdır və beynəlxalq aləm onun nəticələrini tanımayacaq: «Bir tərəfdən, Ermənistan danışıqlar prosesində irəliləyiş əldə edilməsinə hazır olduğunu bildirir, digər tərəfdən də Dağlıq Qarabağda Konstitusiya ilə bağlı referendum keçirilir. Bu, gülüncdür. Bu, vaxt itirməkdir. Heç kim bunu qəbul etməyəcək».

Son vaxtlar problemin həlli istiqamətində irəliləyiş olması, hətta razılaşdırılmamış bir məsələ qalması ilə bağlı rəsmilər tərəfindən ümidverici bəyanatlar səslənsə də, haqqında danışılan referendumun sülh prosesinə mənfi təsir edəcəyi də bildirilir. Siyasi ekspertlər hesab edirlər ki, Ermənistan danışıqlarda istənilən təklifə razılaşa bilər. Ancaq bu, heç də bəyan edildiyi kimi, prosesin son mərhələyə daxil olması deyil.

Toplantıda iştirak edən xarici qonaqlardan biri hətta referendumla bağlı Azərbaycanın özünü səbrli aparmasından təəccübünü gizlətmədi
Çünki, qarşı tərəf referendum və digər bu kimi qeyri-konstruktiv addımlarla vəziyyəti gərginləşdirə bilər. Dağlıq Qarabağda referendum keçirilməsinin sülh prosesinə mənfi təsir edəcəyini Azərbaycanın Xarici İşlər naziri də istisna etmir. O, AŞ PA Siyasi Komitəsinin iclasında da bu barədə danışdı. Elmar Məmmədyarov dedi ki, beynəlxalq təşkilatlar da danışıqların indiki mərhələsində belə bir referendumun keçirilməsinin sülh prosesinə mənfi təsir göstərəcəyini anlayırlar: «Avropa Birliyi bu barədə bəyanat verib, ABŞ-da bəyanat verməlidir. Bu referendum sülh prosesinə mənfi təsir göstərəcək».


Toplantıda iştirak edən xarici qonaqlardan biri hətta referendumla bağlı Azərbaycanın özünü səbrli aparmasından təəccübünü gizlətmədi.


AŞ PA Siyasi Komitəsinin iclasında Ermənistandan başqa, qurumun demək olar ki, bütün üzvləri iştirak edirdi. Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Daimi Komissiyasının sədri Səməd Seyidov bildirir ki, Ermənistan iclasa qatılmaqdan imtina edib: «Siyasi Komitə iclasda iştirak üçün Ermənistana məktublar göndərib. Ancaq onlar iclası boykot ediblər».


Cənab Seyidov bildirir ki, Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmək baxımından Ermənistan təmsilçilərinin Siyasi Komitənin iclasında iştirakına etiraz etmirdi.


İstər xarici, istərsə də, yerli ekspertlər AŞ PA Siyasi Komitəsinin iclasının Bakıda keçirilməsini müsbət dəyərləndirirlər. Səməd Seyidov isə deyir ki, bir vaxtlar bu komitənin iclasının Azərbaycanda keçirilməməsi barədə qərar verilmişdi. Həmin qərarda bildirilirdi ki, əgər AŞ PA Siyasi Komitəsinin Azərbaycanda iclası keçirilsə, onda balansı pozmamaq üçün Ermənistanda da belə bir tədbirin keçirilməsi nəzərə alınmalıdır: «Ancaq, indi balans barədə məsələ qoyulmadan Azərbaycanda iclas keçirilir».


Günün bütün mövzuları

XS
SM
MD
LG