Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:52

«Fənərbaxça» birinci dövrəni lider kimi baş vurub


Həftəsonu Türkiyə futbol superliqasında 17-ci turun oyunları keçirilib. «Qalatasaray» «Bursaspor»u 3:1, «Beşiktaş» isə «Kayserispor»u 2:1 hesabıyla məğlub edib. Lider «Fənərbaxça» səfərdə «Ankaragücü»nün qapısına bir dəfə yol tapıb – 1:0. Daha üç oyunun nəticəsi belə olub: «Dənizlispor» – «Vestel Manisaspor» 0:0, «Trabzonspor» – «Ankaraspor» 3:0, «Gənclərbirliyi» – «Antalyaspor» 1:0.
Hazırda turnir cədvəlinə 37 xalla «Fənərbaxça» başçılıq edir. Liderin ardınca gələn komandalar belə sıralanıb: «Qalatasaray» – 30, «Beşiktaş» – 29, «Vestel Manisaspor» – 28, «Gənclərbirliyi» – 27 xal. Bununla da Türkiyə çempionatının birinci dövrəsi başa çatıb. İkinci dövrə gələn ilin yanvarında start götürəcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG