Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:57

«Barmek Azərbaycan» şirkətinin altı əməkdaşı azadlıqdan məhrum edildi


«Barmek-Azərbaycan» Şirkətinin 6 əməkdaşı müxtəlif müddətlərə azadlıqdan məhrum edilib. Ağır Cinayətlərə Dair işlər üzrə Məhkəmədə hakim Azər Orucovun sədrliyilə keçirilən iclasda «Barmek»də idarə rəisi işləmiş Ələsgər Ramazanov və onun müavini Rahib Musayev mənimsəmə, küllü miqdarda israfçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadədə günahkar bilinib və idarə rəisi üç il yarım, onun müavini isə üç il müddətinə azadlıqdan məhrum edilib.


Şirkətin ölümə və digər ağır cinayətlərə səbəb olmuş səhlənkarlıq ittihamı ilə üzləşmiş daha dörd əməkdaşından iki nəfəri iki il, ikisi isə il yarım müddətinə azadlıqdan məhrum olunub. «Barmek» rəhbəri Hüseyn Arabul deyir ki, həmin şəxsləri günahsız hesab etdiklərindən yaxın günlərdə apellyasiya şikayəti verəcəklər. Cənab Arabulun sözlərinə görə, şirkətin daha 6 nəfər əməkdaşı da həbsdədir və onların işini prokurorluq araşdırır.


Türkiyə şirkəti olan «Barmek- Azərbaycan» 2002-ci ildən Bakı, Sumqayıt şəhərləri və Azərbaycanın şimal-qərb rayonlarında enerji paylanması ilə məşğul olub. Hökumət onu müqavilə öhdəliklərinə əməl etməməkdə ittiham edib və 25 illiyə bağlanmış müqaviləyə 4 il sonra 2006-cı il noyabrında xitam verib. «Barmek-Azərbaycan» isə bütün ittihamları rədd edərək bu ilin iyununda Beynəlxalq İqtisad Məhkəməsinə müraciət edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG