Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:05

«Neftçi» uduzdu, «MKT-Araz» isə ikinci pilləyə yüksəldi


Dekabrın 8-də futbol üzrə ölkə çempionatında 13-cü turun dörd oyunu keçirilib. Turun mərkəzi oyununda son çempion «Bakı» «Karvan»ı 2:0 hesabıyla məğlub edib. Çempionluğa iddialı «Neftçi» isə Tovuzda «Turan»a uduzub – 1:2. Daha iki oyunun nəticəsi isə belə olub: «MKT-Araz» – «Qarabağ» 1:0, «Olimpik» – «Simurq» 3:0. Turun qalan iki oyunu isə dekabrın 9-da
keçiriləcək. «İnter» «Şahdağ»ı, «Xəzər-Lənkəran» isə «Gilan»ı qəbul edəcək.
Hazırda turnir cədvəlinə 26 xalla «Xəzər-Lənkəran» başçılıq edir. «MKT-Araz» 24 xalla 2-ci yerdə qərarlaşıb. Hərəyə 21 xalı olan «Neftçi» və «Bakı» 3-4-cü yerləri bölüşür.

Günün bütün mövzuları

XS
SM
MD
LG