Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:43

Geyim və ayaqqabı bazarında xeyli saxta mallar aşkarlanıb


Geyim və ayaqqabı bazarında xeyli saxta mallar var. Bunu İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti Departamenti Bakıda fəaliyyət göstərən yarmarka, ticarət mərkəzləri, bazarlarda apardığı monitorinq zamanı üzə çıxarıb. Monitorinqlər zamanı məlum olub ki, malların üzərində Fransa, İtaliya, İspaniya, Almaniya və digər Avropa ölkələrində istehsal olunduğu göstərilsə də, satışı həyata keçirənlər bunu sübut edəcək hər hansı müşayiətedici sənədlərə malik deyillər. Bundan başqa, paytaxtda bir sıra mağazalarda qiymətlərin endirilməsilə bağlı elanlar vurulsa da, əslində, malların heç bir endirim edilmədən satıldığı aşkarlanıb.


Qanunvericilikdə tənzimlənən qiymətlərlə bağlı qarışıqlıq isə 2007-ci ildə tam aradan qaldırılacaq. İqtisadi İnkişaf naziri Heydər Babayev jurnalistlərin suallarına cavab verərkən belə deyib. Onun sözlərinə görə, qiymətlərin tənzimləmə məsələsi sərnişindaşımada özünü doğrultduğundan gələn ildən Tarif Şurası digər sahələrdə də qiymətlərin tənzimlənməsini başa çatdıracaq.


XS
SM
MD
LG