Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:47

Venesiya Komissiyası seçki qanunvericiliyinə yeni təkliflər verib


Aksiyaların keçirilməsi ilə bağlı bəzi məhdudiyyətlərin aradan qaldırılması tövsiyə edilir

Aksiyaların keçirilməsi ilə bağlı bəzi məhdudiyyətlərin aradan qaldırılması tövsiyə edilir

Dekabrın 6-7-də Avropa Şurasının Venesiya Komissiyasında Azərbaycanın «Sərbəst toplaşmaq azadlığı haqqında» qanunu və seçki qanunvericiliyinə dəyişikliklər müzakirə edilib. Venesiya Komissiyası katibliyinin əməkdaşı Tatyana Mışelova «Azadlıq» radiosuna bildirib ki, Azərbaycan nümayəndələrinin də iştirakı ilə keçirilən müzakirənin yekunu olaraq təkliflər hazırlanaraq, bu komissiyaya təqdim olunacaq.


Bu ilin sentyabrında Azərbaycan Seçki Məcəlləsinə dəyişiklik və əlavələrlə bağlı təkliflər irəli sürmüşdü. Tatyana Mışelovanın bildirdiyinə görə, Seçki Məcəlləsinə Azərbaycanın təklif etdiyi dəyişikliklərlə yanaşı, Venesiya Komissiyasının da 2005-ci ildə verdiyi təkliflər müzakirə olunub, həmçinin yeni təkliflər də səsləndirilib: «Bu təkliflər yəqin ki, Azərbaycan hökumətinin Seçki Məcəlləsinə düzəliş və əlavələrlə bağlı yeni paketinə daxil olunacaq. Bundan başqa, biz hökumətin nümayəndələri ilə seçki komissiyalarının tərkibi, seçici siyahıları, eləcə də seçki komissiyalarında şikayətlərə baxılması qaydalarını da müzakirə etdik. Görüşün nəticələrinə uyğun olaraq Azərbaycan tərəfi Seçki Məcəlləsinə dəyişiklik və əlavələrlə bağlı yeni layihə hazırlayıb Venesiya Komissiyasına göndərəcək. Çox güman ki, həmin təkliflər gələn il iyunda keçiriləcək plenar iclasda qəbul olunacaq».


«Azərbaycan tərəfi tövsiyələrlə bağlı təkliflər paketi hazırlayacağı haqda üzərinə öhdəlik götürdü. Həmin təkliflər paketi artıq gələn ilin əvvəlinə hazır olmalıdır»


2005-ci ildə Venesiya Komissiyası Azərbaycan hökumətinə bütün siyasi qüvvələrin təmsil olunacağı, yəni əksəriyyətin etimadını qazanan komissiyaların yaradılmasını tövsiyə etmişdi. Tatyana Mışelova: «Bu barədə fikir mübadiləsi oldu. Əgər Azərbaycan seçki komissiyaları ilə bağlı qanuna konkret dəyişikliklər etmək istəsə, onlar layihədə yazılı şəkildə göstəriləcək. Bu da ancaq gələn il mümkündür».


Xanım Mışelova deyir ki, görüş konstruktiv ovqatda keçdi. Komissiya rəsmisi bildirir ki, Venesiya Komissiyası ekspertlərinin sərbəst toplaşmaq azadlığı ilə bağlı oktyabrda açıqladığı tövsiyələr də müzakirə edilib: «Bu yöndə müəyyən razılıq da əldə olundu. Azərbaycan həmin tövsiyələrlə bağlı təkliflər paketi hazırlayacağı haqda üzərinə öhdəlik götürdü. Həmin təkliflər paketi artıq gələn ilin əvvəlinə hazır olmalıdır».


Venesiya Komissiyası ekspertlərinin «Sərbəst toplaşmaq azadlığı haqqında» qanunla bağlı hazırladığı rəydə bildirilirdi ki, kütləvi aksiyaların keçirilməsi və yerinin müəyyənləşdirilməsi ilə bağlı icra qurumlarına həddən artıq səlahiyyət verilib. Ekspertlər aksiyaların keçirilməsi ilə bağlı bəzi məhdudiyyətlərin aradan qaldırılmasını tövsiyə edirdilər.


Ötən ilin parlament seçkilərindən sonra «Sərbəst toplaşmaq azadlığı haqqında» qanundakı boşluqlarla bağlı beynəlxalq qurumların tövsiyələrini nəzərə alan Azərbaycan hökuməti onu ekspertiza üçün Avropa Şurası Venesiya Komissiyasına göndərmişdi. Eyni zamanda, ATƏT-in Bakı ofisi də bununla bağlı təkliflər hazırlamışdı. Bu qanunu araşdırmaq üçün hökumətlə birgə İşçi Qrup da yaradılmışdı.


Günün bütün mövzuları

XS
SM
MD
LG