Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:27

AXCP fəalları azadlığa buraxıldılar


AXCP sədrinin təşkilati məsələlər üzrə müavini Həsən Kərimov, Mətbuat Xidmətinin rəhbəri İsaq Əvəzoğlu və daha iki cəbhəçi dekabrın 8-də azadlığa buraxılıblar. Onlar AXCP-nin də daxil olduğu «Azadlıq» blokunun söz və mətbuat azadlığının müdafiəsi tələbiylə noyabrın 23-də Prezident Aparatı qarşısında keçirmək istədiyi piket zamanı saxlanmışdılar. Həmin vaxt əksəriyyəti AXCP üzvü olan 13 nəfər aksiya iştirakçısı polisin qanuni tələbinə qəsdən tabe olmama ittihamıyla Səbail Rayon Məhkəməsinin qərarıyla 3 gündən 15 gün müddətinə qədər inzibati həbs cəzası almışdılar.


Günün bütün mövzuları

XS
SM
MD
LG