Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:50

«Bakı-Xəbər» qəzetindəki «Dağlıq Qarabağ öhdəliklərin qurbanı olur?» başlıqlı məqalədə bildirilir ki, ölkə gündəminin ən diqqət cəlb edən hadisələrindən biri də Dağlıq Qarabağ münaqişəsinin növbəti il ərzində həll olunacağına dair rəsmən verilən açıqlamalardır. Xüsusən də ATƏT-ə sədrlik edən Belçikanın Xarici İşlər naziri Karl de Quxtun məsələnin gələn il həll olunacağını bildirməsi, Moldova və Gürcüstan ərazilərindəki münaqişələrə nisbətən, Dağlıq Qarabağ probleminin həlli istiqamətində irəliləyişlərin olduğunu bəyan etməsi, proseslərin indi hansı istiqamətdə inkişaf etdiyini xüsusi maraq dairəsinə çevirir. Yaranmış durumda ekspertlər hadisələrin iki istiqamətdə inkişaf edə biləcəyini proqnozlaşdırırlar. Əvvəla, Ki-Uest, İstanbul, Paris danışıqlarında olduğu kimi, indi də münaqişənin həllində mümkün razılaşmalardan sonra son addımın atılmasında tərəddüdlər ola bilər və hər şeyin bu görüşlərdəki kimi nəticəsiz başa çatması mümkündür. Ancaq Paris, Ki-Uest görüşlərindən fərqli olaraq, məsələnin gələn il həll olunacağının rəsmən beynəlxalq qurumlar, xüsusən də problemin həllilə məşğul olan ATƏT tərəfindən elan olunması, hadisələrin ikinci variant üzrə davam edəcəyini deməyə əsas verir. Yəni tərəflər hələlik ictimaiyyət üçün gizli saxlanan razılaşmalarını praktiki reallaşdıracaqlar.


«Ayna» qəzeti xəbər verir ki, dünən ABŞ Müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisinin müavini Cim MakDuqal son dörd ayda ikinci dəfə Azərbaycana səfərə gəlib. Qəzetə verilən məlumatlara görə, iki günlük səfər müddətində MakDuqalın rəhbərlik etdiyi nümayəndə heyətinin Müdafiə və Xarici İşlər nazirliklərində görüşləri planlaşdırılıb. Görüşlər zamanı Azərbaycanla ABŞ arasında hərbi münasibətlər, terrorizmlə mübarizədə əməkdaşlıq, İraq, Əfqanıstan və Kosovoda sülhməramlı əməliyyatlara dair məsələlər müzakirə olunacaq.


«Şərq» qəzeti yazır ki, Ru­si­ya­nın Azər­bay­ca­na qaz id­xa­lı ilə bağ­lı ya­rat­dı­ğı prob­lem ara­dan qal­xa bi­lər. Rəs­mi Ba­kı­nın Teh­ran­la apar­dı­ğı da­nı­şıq­lar müs­bət is­ti­qa­mət­də get­di­yin­dən Azər­bay­can­la İran ara­sın­da qaz id­xa­lı­na da­ir ra­zı­laş­ma­nın əl­də olun­ma­sı eh­ti­ma­lı ar­tıb. Müəllif yazır ki, hə­lə­lik İran tə­rə­fi­nin Azər­bay­ca­na qa­zı ne­çə­yə sat­maq is­tə­di­yi açıq­lan­ma­sa da, eks­pert­lər qiy­mət­lə­rin 200 dol­lar­dan aşa­ğı ol­ma­ya­ca­ğı­nı gü­man edir­lər. Bə­zi eks­pert­lər isə İra­nın da Azər­bay­ca­na Ru­si­ya­nın tək­lif et­di­yi qiy­mə­ti elan edə­cə­yi­ni göz­lə­yir­lər. Bu­nun­la be­lə, İran və Ru­si­ya ara­sın­da stra­te­ji əmək­daş­lıq ol­du­ğu­nu bil­di­rən eks­pert­lər rə­s­mi Mosk­va­nın bu mə­sə­lə­ni poz­maq üçün mü­əy­yən me­xa­nizm­lə­ri­ni işə sal­ma­sı­nı da müm­kün sa­yır­lar.


«Yeni Azərbaycan» qəzetindəki «Bazarlarda alıcıları aldadırlar» başlıqlı məqalədə bildirilir ki, İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti Departamenti paytaxtdakı beş bazarda monitorinqlər aparıb və qanunsuzluq hallarına aid protokollar tərtib edib. Belə ki, araşdırmalar zamanı bazarlarda alıcılara satıcılar tərəfindən qəbzlərin verilməməsi, vergidən yayınma, malların üzərində qiymətlərin yazılmaması, baytarlıq xidmətinin işinin lazımi səviyyədə qurulmaması, sanitar vəziyyətin qeyri-qənaətbəxş olması, çəki daşlarının və tərəzilərin standartlara cavab verməməsi, eləcə də bəzi bazarlarda malların süni şəkildə qiymətinin artırılması təsdiq olunub. Departamentin əməkdaşları bazarlarda satıcılar tərəfindən inhisarçılıq hallarının olmasını tərtib olunan protokollarda qeyd edərək müvafiq orqanları bu barədə xəbərdar ediblər.


XS
SM
MD
LG