Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:38

Yəməndə dini və qəbilə liderləri prezidentin istefasını tələb edirlər


Yəməndə bir qrup din alimi və qəbilə lideri müxalifətin tərəfinə keçərək prezident Ali Abdullah Salehi dərhal istefa verməyə çağırıblar. Aprelin 15-də onlar yaydıqları birgə bəyanatda öz yaxınlarının da dövlətin hərbi və təhlükəsizlik aparatından çıxarılması tələb edilir.

1978-ci ildən bu yana hakimiyyət başında olan Saleh bu ilin yanvarından istefa tələbləri ilə üzləşib. İndiyə qədər təhlükəsizlik qüvvələri, ya da onun tərəfdarları ilə ümxalifət fəallarının toqquşmalarında 125 nəfər həlak olub.

Qərbdə narahatdırlar ki, bu ölkədə qeyri-sabitlik uzun davam etsə, bundan al-Qaedanın Yəmən qrupu faydalana bilər.

Elə bu bu gün paytaxt Sanaada prezident Saleh tərəfdarlarının ona dəstək mitinqdinə çıxış edib. O deyib ki, hazırda qüvvədə olan konstitusiya ilə ölkənin qanuni lideri odur və müxalifət ölkədə sabitliyin bərpa edilməsi üçün dialoqa getməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG