Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:10

Suriyada yeni etirazlar başlayır


Aprelin 15-də Suriyada cümə namazından sonra yeni etiraz aksiyaları başlayıb. Şahidlər Deraa şəhərində 10 mindən çox adamın küçələrdə "Azadlıq!" şüarları səsləndirdiklərini bildirirlər. Şahidlər Bayda və Douma şəhərlərində də etiraz aksiyaları keçirildiyini deyirlər.

Bir qədər əvvəl Suriya prezidenti Bashar al-Assad gərginliyi azaltmaq üçün yeni hökuməti elan edib və askiyalar zamanı tutulanların buraxılmasına göstəriş verib.

Amma insan haqları fəalları elə dünən Deraa şəhərində çox sayda adamın saxlandığını bildirirlər. Onlar bildirirlər ki, Bashar al-Assadın hakimiyyətinə son qoyulması tələbilə keçirilən etiraz aksiyalarında indiyə qədər 200-dən çox adam öldürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG