Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:31

NATO Gürcüstanı islahatlara çağırır


Aprelin 15-də Berlində keçirilən görüşdə NATO ölkələrinin xarici işlər nazirləri Gürcüstanı 2012-ci ildə keçirilən seçki ərəfəsində seçki sistemində islahatlar aparmağa, ölkədə vətəndaş cəmiyyəti qurumlarının, məhkəmələr və medianın gücləndirilməsi üçün addımlar atmağa çağırıblar.

Müzakirələrdə iştirak edən Gürcüstanın Xarici İşlər naziri Gregory Vashadze isə bildirib ki, Tbilisi bu alaynasa üzvlük üçün lazım olan bütün islahatları həyata keçirəcək. O, Gürcüstanın separatçı bölgələri olan Abxaziya və Cənubi Osetiyada Rusiyanın hərbi möhkəmlənməsindən da narahat olduqlarını bildirib.

NATO nazirləri Ukraynanın Xarici İşlər naziri ilə də müzakirələr aparıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG