Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:08

Deputatlar: «Hesablama Palatasının hesabatı prokurorluğa göndərilməlidir»


Milli Məclis

Milli Məclis

Aprelin 15-də Milli Məclisin iclasında Hesablama Palatasının hesabatı dinlənilib.

Deputatlar Qüdrət HəsənquliyevZahid Oruc düşünürlər ki, Hesablama Palatasının hesabatında qanun pozuntusuna yol verən bir sıra qurumlarla yumşaq davranılıb. Əslində isə, həmin müəssisələrlə prokurorluq məşğul olmalıdır.

Hesablama Palatasının sədri Heydər Əsədov isə bildirdi ki, yoxlamalar zamanı böyük mənimsəmə hallarına rastlanmayıb. Daha çox nöqsan Şəki Mədəniyyət Evində aşkarlanıb. Belə ki, xeyli miqdarda vəsaiti orada işləməyən adamların adına yazaraq, saxta əmanət kartlarına köçürdüb istifadə ediblər:

«Respublika Prokurorluğunda bu məsələ ilə bağlı cinayət işi qaldırılıb. Bir sıra təşkilatlarda belə hallar qalmaqdadır. Vergi ödəmələri ilə bağlı daha 4-5 iş inzibati orqanlara göndərilib. Müəyyən edilmiş nöqsanlarla bağlı 2 milyon manatdan çox vəsait dövlət büdcəsinə bərpa olunub. 628 min manatlıq iş ya keyfiyyətsiz görülüb, ya da heç görülməyib. Eləcə də müxtəlif yerlərdə saxlanılan 592 min manatlıq avadanlıqlar və dərman vasitələri anbarlara mədaxil edilib qeydiyyata alınıb. Qeydiyyatdan yayındırmaq istənilən 777 min manatlıq əsas vəsaitlər qeydiyyata alınıb. Daha 860 min manatlıq inventar və dərman ləvazimatları alınıb uçota mədaxil edilib. Debitor borcların azaldılması halları aşkarlanmış, 1 milyondan çox belə borc uçota daxil edilib».

H. Əsədov dedi ki, Hesablama Palatası 2009-cu ildə 21, 2010-da 31, 2011-ci ildə isə 41 yoxlama aparıb.

Palatanın hesabatı müzakirələrdən sonra 97 səs lehinə, 3 səs əleyhinə olmaqla qəbul edildi.

Günün bütün mövzuları

XS
SM
MD
LG