Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:10

İslam Partiyasının sədrinin həbs müddəti uzadıldı


Aprelin 15-də Nəsimi rayon Məhkəməsində Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov və partiyanın Astara rayon təşkilatının sədri Rufulla Axundzadənin həbs müddətinin uzadılmasına dair qərar çıxarılıb.

Bu barədə AzadlıqRadiosuna Mövsüm Səmədovun vəkili Anar Qasımov məlumat verib.

Həbs müddəti daha 4 ay uzadılıb. Vəkil bildirib ki, o, məhkəməyə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair vəsatət versə də, hakim vəsatəti təmin etməyib.

Aprelin 13-də partiya sədrinin müavini Vaqif Abdullayevin də həbs qətimkan tədbiri avqustun 8-dək uzadılmışdı.

İslam Partiyasının sədri, müavini və partiyanın rayon təşkilatının sədri terrorçuluğa hazırlıqda, qanunsuz silah əldə edib saxlamaqda, hakimiyyəti zorla ələ keçirməyə cəhddə təqsirləndirilirlər.

Nəsimi rayon Məhkəməsi Mövsüm Səmədov barəsində yanvarın 20-də, Vaqif Abdullayev barəsində yanvarın 17-də, Rufulla Axundzadə barəsində isə yanvarın 27-də həbs qətimkan tədbiri seçib.

Təqsirləndirilənlərin heç biri ittihamları qəbul etməyib.
XS
SM
MD
LG