Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:07
«Azərbaycan parlamenti xarici səfirliklərin müxalifət partiyaları ilə keçirdiyi görüşlərə adekvat cavab verməlidir. Parlamentdə komissiya yaradılmalıdır və bu komissiya diplomatik korpusun fəaliyyətini araşdırmalıdır. Bəzi ərəb ölkələrində keçirilən eksperimentləri Azərbaycanda da həyata keçirmək niyyətləri aşkarlansa, onlardan bəziləri «persona non-qrata» elan edilməlidir».

Bunu Milli Məclisin aprelin 15-də keçirilən iclasında deputat Fərəc Quliyev deyib.

Deputatlar Asəf Hacıyev, Siyavuş Novruzov, Fəzail İbrahimov, Elton Məmmədov da bu təklifi dəstəkləyiblər.

Yalnız İqbal Ağazadə bu fikirlərə qarşı çıxıb, amma deyib ki, o, da son zamanlar baş verənlərdən narahatdır:

«Amma mən Azərbaycanda tələbələrin universitetlərdən xaric edilməsindən, Bakı şəhər İcra Hakimiyyətinin sərbəst toplaşma azadlığını pozmasından, diplomatik korpusla süni gərginliyin yaradılmasından narahatam. Bu, sadəcə bir görüş olub. Diplomatik korpusun nümayəndələri hakim partiya ilə də görüşlər keçirirlər. Diplomatik korpusa qarşı bu cür addımların atılması Azərbaycan dövlətinin və dövlətçiliyinin maraqlarına ziddir».

Spiker Oqtay Əsədov da səfirliklərin müxalifətlə qapalı görüşlərindən narahatlığını bildirib:

«Azərbaycana həmişə şəffaflıqdan dərs keçən, mediaya açıq olmaqdan mühazirə deyənlər özləri qapalı görüş keçirdilər. Orada hansı istiqamətdə müzakirələr getdiyini bilən yoxdur. Düzdürlərsə, təmizdirlərsə, ictimaiyyətə açıqlama verməlidir».

O. Əsədov deyib ki, prezidentin apardığı müstəqil siyasət bəzilərinin ürəyincə deyil.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG