Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 03:40

Minsk metrosunda törədilmiş terrorda ölənlərin sayı 13-ə çatıb


Aprelin 11-də Minsk metrosunda baş vermiş partlayış nəticəsində yaralanmış şəxslərdən biri ölüb. Bununla da terror aktında ölənlərin sayı 13-ə çatıb.

Xəstəxanalarda 160 yaralı var. Onlardan 21-in vəziyyəti ağırdır. Məlumatı bu gün Belorus Səhiyyə Nazirliyi yayıb.

Terror hadisəsi ilə bağlı 5 nəfər saxlanılıb. Onlardan biri qadındır.

Belorus Daxili İşlər Nazirliyinin məlumatına görə, 11 apreldə törədilmiş terror aktını Vitebsk sakini törədib.
XS
SM
MD
LG