Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:43

Liviyanın keçmiş xarici işlər naziri Mussa Kussaya qarşı sanksiyalar ləğv edilib


Avropa Birliyi bundan əvvəl Liviyanın keçmiş xarici işlər naziri Mussa Kussaya qarşı tətbiq edilmiş sanksiyaları aradan qaldırıb.

Mussa Kussa martın sonunda Liviya lideri Muammar Gaddafi rejiminə etiraz olaraq istefa verərək Londona gəlib.

Böyük Britaniya Maliyyə Nazirliyinin yaydığı bəyanatda Mussanın adının sanksiyalar tətbiq edilmiş və bank hesabları dondurulmuş yüksək rütbəli Liviya məmurlarının siyahısından çıxarıldığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG