Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:41

Vaşinqtonda ilk dəfə ABŞ- İslam Dünyası forumu keçirilir


ABŞ-İslam Dünyası Forumu-2007
ABŞ-İslam Dünyası Forumu-2007

Zbiqnev Bjezinski: “İranda qərbyönlü insanlar dəyişiklik yaradacaq”

Bu gün Vaşinqtonda ABŞ- İslam Dünyası forumu işinə başlayıb. APA-nın xəbərinə görə, foruma ABŞ və 30-dan çox müsəlman ölkəsinin lideri qatılıb.

Builki forumun əsas məqsədi də ərəb dünyasını bürümüş hadisələrin qlobal və regional təsirlərini şərh etməklə yanaşı, siyasi və mədəni fərqlərə üstün gələrək, qarşılıqlı anlaşmanı dərinləşdirmək imkanından istifadə etməkdir.

Tədbirin açılışnda çıxış edən İslam Konfransı Təşkilatının baş katibi Ekmeleddin İhsanoğlu ABŞ-ın Yaxın Şərqdə münaqişələrin həllində rolu, müsəlman dünyasının problemlərini ünvanlamaq üçün ABŞ və müsəlman ölkələri arasında əməkdaşlığın artırılması və İKT-nın müsəlman dünyası ilə münasibətlərdə rolunun tanınması kimi məsələlərin vacibliyini vurğulayıb.

ABŞ senatoru Con Kerri qeyd edib ki, regionda hərəkatlar daxildən baş qaldırsa da, Birləşmiş Ştatların fəal rol oynaması gözlənilirdi. Lakin senatorun sözlərinə görə, məsələ təkcə ABŞ və bu ölkələr arasında münasibətlər deyil, həm də bu ölkələrin hökumətləri ilə öz xalqları arasında münasibətlərdədir.

Müzakirə iştirakçıları İranın regionda mövqeyi məsələsinə də toxunublar. ABŞ-ın təhlükəsizlik məsələləri üzrə müşaviri olmuş Zbiqnev Bjezinski İran məsələsinin hərbi yolla həllinin ABŞ üçün olduqca pis nəticələr verə biləcəyini bildirib. “Biz İranın özündə prosesin başladığını görürük. İranda qərbyönlü insanlar var. Bu qüvvə özü İranı dəyişikliyə aparacaq. ABŞ-ın birbaşa müdaxiləsi isə arzu olunmazdır.” – deyə o vurğulayıb.

Qətər hökumətinin dəstəyi ilə hər il keçirilən ABŞ- İslam Dünyası forumu müsəlman ölkələrinin liderləri ilə Birləşmiş Ştatlar rəsmiləri və siyasətçiləri arasında dialoq şəklində qurulur. Adətən Qətər paytaxtı Dohada keçirilən forum bu il ilk dəfərdir ki, ABŞ-da, paytaxt Vaşinqtonda təşkil edilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG