Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:06

Mayın 21-də ABŞ-Azərbaycan Təhsil Mərkəzinin açılışı olacaq


Mayın 21-də ABŞ-Azərbaycan Təhsil Mərkəzinin açılışı olacaq. Bu barədə aprelin 14-də Bakı Təhsil Məlumat Mərkəzində keçirilən 2-ci təhsil yarmarkasında ABŞ-ın Azərbaycandakı səfiri M. Brayza məlumat verib.

Onun sözlərinə görə, bu mərkəzdə ABŞ-da təhsil almaq imkanları barədə ətraflı məlumat əldə etmək mümkün olacaq.

Səfir Amerikada təhsil alan azərbaycanlı tələbələrin sayının ildən-ilə artığını, hər
il 15 faiz daha çox tələbənin ABŞ-da təhsil aldığını bildirb.

«ABŞ yüksək beynəlxalq standartlara cavab verən ali təhsil təklif edir. Biz
ümidvarıq kı, bu tendensiya davam edəcək»-deyə səfir bildirib.

Təhsil yarmarkasında ABŞ-ın 14-ə yaxın universiteti, 10-dan artıq özəl orta məktəb iştirak edir.

Bakı Təhsil Məlumat Mərkəzi 1997-ci ildən fəaliyyət göstərən, Amerika
Dövlət Departamenti tərəfindən dəstəklənən və məqsədi ABŞ-da təhsil almaq imkanları haqqında məlumat yayan mərkəzdir.
XS
SM
MD
LG