Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:42

Novruz Məmmədov: «Qərbin Azərbaycana qarşı mövqeyində obyektivlik yoxdur»


Novruz Məmmədov
Novruz Məmmədov
«760 min insan qaçqın düşüb, bir dəfə belə, beynəlxalq hüquq çərçivəsində bəyanat verilməyib. Amma 250-300 nəfərin şəhərin izdihamlı yerlərə provokasiya xarakterli addımlarla çıxmasına, o dəqiqə Avropa İttifaqı ilə ATƏT birləşib bəyanat verir».

Bu fikirləri «Amerikanın Səsi» radiosuna müsahibəsində Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

N. Məmmədov bildirib ki, dünya birliyi, beynəlxalq təşkilatlar, başda ABŞ və Avropa İttifaqı olmaqla bütün dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan etsələr də, Azərbaycanın ərazilərinin işğalına müəyyən mənada göz yumurlar. Beynəlxalq hüququn normaları çərçivəsində konkret münasibət bildirmirlər. Münaqişənin həlli ilə bağlı Ermənistana təzyiq göstərmirlər. Bəzən isə əksinə, bütün bunlarla bərabər Ermənistana hətta yardımlar edilir, kreditlər verilir və s.

«Eyni zamanda, danışıqlar prosesində Minsk Qrupunda üç həmsədr olduğu halda (hər üç həmsədr danışıqlar prosesində iştirak edir), dövlətlərin iştirakında bir balanslaşdırma yoxdur. Yalnız son bir il yarımda Rusiya Federasiyasının prezidenti bu proseslərdə çox fəaldır, münaqişənin həllində maraqlı olduğunu nümayiş etdirmək istəyir və bununla bağlı müəyyən addımlar atır. Lakin bunlar da hələ bir nəticə verməyib».

N. Məmmədov deyir ki, ermənilər Dağlıq Qarabağın müstəqillik statusunu bəhanə edərək həm Azərbaycanın 7 rayonunu əllərində saxlayırlar və bu rayonlardan guya ki, bufer zonası kimi uzun müddət istifadə etməyə çalışırlar: «Bu, beynəlxalq hüquqda olmayan bir istəkdir».

Dağlıq Qarabağda hərbi təlimlər
NƏ ÜÇÜN NATO QARABAĞIN İŞĞALI İLƏ BAĞLI SÖZ DEMİR, AMMA AFRİKADA BUNU EDİR, YAXUD DEYİR?

«Dünyanın aparıcı dövlətləri - həm Amerika Birləşmiş Ştatları, həm Avropa İttifaqı, onların əsas qurumu olan NATO bu məsələlərə belə laqeyd yanaşdıqları halda, necə ola bilir ki, Liviyaya qarşı bir gündə həm yekdilliklə olmayan qətnamə qəbul edilir, həm də sanki hər bir şey hazırmış kimi, o gün də qətnamənin icrasına başlanır?»

«Axı Azərbaycanla bağlı da 20 il əvvəl, özü də yekdilliklə qətnamələr qəbul edilib. Nə üçün NATO Avropa ərazisində baş vermiş işğalla bağlı müəyyən söz demir, demək istəmir, amma Afrikada bunu edir, yaxud deyir? Bütün bunların hamısı bizim tərəfimizdən çox təəssüflə qarşılanır, bizdə təəccüb doğurur. Azərbaycan belə münasibətə layiq deyil. Azərbaycan postsovet məkanında ABŞ və Avropa ilə ən uğurlu layihələr həyata keçirən yeganə dövlətdir, siyasi islahatlar da aparıb, inteqrasiya prosesində də ciddi addımlar atıb, beynəlxalq terrorizmə qarşı mübarizədə çox ciddi fəaliyyət göstərib», - deyə N. Məmmədov bildirib.

Şöbə müdiri Amerika-Azərbaycan münasibətlərinin hazırkı səviyyəsinə də toxunub:

«Məhz ABŞ ilə birgə böyük layihələri həyata keçirmişik. Çox mürəkkəb bir geosiyasi məkanda böyük uğurlar əldə etmişik. Bu layihələrin həyata keçirilməsində ən böyük maraq ABŞ və Avropa İttifaqının idi. Belə maraqların da reallaşmasına qısqanclıqla yanaşanlar çoxdur. İkinci tərəfdən isə, biz bu, böyük layihələrin ardınca Bakı-Tbilisi-Qars dəmiryolu layihəsini həyata keçirmək istədik, şərqlə-qərbi, Mərkəzi Asiya ilə Avropanı birləşdirmək üçün yeganə dəmir yol idi.
2 aprel aksiyası
Birdə-birə həmin o tərəflərdən bizə mesaj gəldi ki, bu layihədə maraqlı deyilik, biz bunu istəmirik. Bu, bizi çox təəccübləndirdi. Nə üçün belə olmalıdır? Bu cür standartlara heç cür normal münasibət bildirmək mümkün deyil. Biz, dünyadan ədalətli mövqe istəyirik».

MÜXALİFƏTİN AKSİYALARI BARƏDƏ

N. Məmmədov deyir ki, «760 min insan qaçqın düşüb, ərazilər tamamilə dağılıb, lakin onlar haqqında bir dəfə belə, güclü, qətiyyətli, beynəlxalq hüquq çərçivəsində bəyanat verilməyib. Amma 250-300 nəfərin şəhərin izdihamlı, insanların toplaşdığı yerlərə provokasiya xarakterli addımlarla çıxmasına, o dəqiqə Avropa İttifaqı ilə ATƏT birləşib bəyanat verir. Bu məsələlər bizi çox düşündürür, çox təəssüfləndirir və çox təəccübləndirir. Mərdi qova-qova, namərd etməzlər».

N. Məmmədov bildirir ki, müxalifətin aksiyasından bir gün sonra Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin yığışıb söhbət aparması, şəffaflıq deyilən yerdə nədən danışdıqlarının bilinməməsi birmənalı qəbul edilə bilməz:

«Mən çox təəssüf edirəm ki, bu qədər görülən işlərin fövqündə ümumiyyətlə, Qərbin Azərbaycana qarşı mövqeyində obyektivlik yoxdur və həqiqi ədalət prinsipi görünmür».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG