Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:54

Müxalifətçilərin apellyasiya şikayəti təmin olunmadı


2 aprel mitinqə görə barəllərində 2 aylıq həbs qətimkan tədbiri seçilən AXCP-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Məhəmməd Məcidli, partiya sədrinin müşaviri Sahib Kərimov və Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Əhəd Məmmədlinin apellyasiya şikayəti təmin edilməyib.

Əhəd Məmmədlinin vəkili Yalçın İmanov hesab edir ki, apellyasiya şikayətinin təmin olunmaması Azərbaycan məhkəmələrinin bugünkü vəziyyətini əks etdirən “metodiki vəsaitdir.

Səbail Rayon Məhkəməsi aprelin 4-də Məhəmməd Məcidli , aprelin 9-da isə Əhəd Məmmədli və AXCP sədrinin müşaviri Sahib Kərimov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.

Məhəmməd Məcidli Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu hərəkətlərdə iştirak etmə) , Əhəd Məmmədli həm 233-cü həm də 315-ci (hakimiyyət nümayəndələrinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) maddələri ilə ittiham olunur.
XS
SM
MD
LG