Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:43

Meriadan müxalifətə cavab


Bakı şəhər icra hakimiyyəti mitinq üçün müxalifətə yenə Səbaeldəki sürücülük məktəbinin meydançasını məsləhət görüb.

Aprelin 14-də Bakı şəhər İcra Hakimiyyətindən İctimai Palatanın müraciətinə verilən cavabda mitinq üçün Səbail rayonunun 20-ci sahə yaşayış massivində yerləşən sürücülük məktəbinin həyətindəki meydançanı məsləhət görülüb.

İctimai Palata isə Bakı Şəhər İcra hakimiyyətinə etdiyi müraciətdə aprelin 17-də mitinqi «Nərimanov» kinoteatrının qarşısında keçirmək istədiyini bildirmişdi.

Hələ icra hakimiyyətinin müraciətə cavabından əvvəl İctimai Palata aprelin 14-də keçirilən toplantısında bildirilib ki, meeriya «Nərimanov» kinoteatrının qarşısında mitinqə icazə verməsə, aksiya Sahil bağında keçiriləcək.

Müsavat başqanının müavini Tofiq Yaqublu AzadlıqRadiosuna deyib ki, İctimai Palata mitinqi Sahil bağında keirməkdə israrlı olsa da son qərar aprelin 15-də-İctimai Palatanın Kordinasiya Şurasının tolantısında veriləcək.
XS
SM
MD
LG