Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:05

Azərbaycanın beynəlxalq təşkilatlarla münasibətləri...


Arzu Abdullayeva
Arzu Abdullayeva
AzadlıqRadiosunun «İşdən sonra» proqramında politoloq, Milli Məclisin üzvü Rasim Musabəyov və hüquq müdafiəçisi Arzu Abdullayeva bu barədə fikirlərini bölüşürlər.

Arzu Abdullayeva:

«Çox əfsuslar olsun ki, BİZDƏ HƏR MƏSƏLƏYƏ «YOX» DEYİLİR. Beynəlxalq qurumlar Azərbaycana artıq bir neçə ildir insan haqları ilə bağlı müraciətlər edir. Azərbaycanda ifadə azadlığı, ümumiyyətlə, fundamental hüquqlarla bağlı olan problemlər barədə açıq müraciətlər ediblər ki, belə olmaz. Azərbaycan isə tamamilə laqeyd olub bütün bu müraciətlərə. Belə laqeydlik nə vaxtsa möhtəşəm təşkilatların sərt bəyanatları ilə özünü göstərəcəkdi. Bunu mən gözləyirdim. Ancaq iqtidar nümayəndələri açıqfikirli, normal münasibət bəsləməli idi. Hər şeyə «yox» deməklə bizim problemlərimiz həll olunmur, problemlər daha da dərinləşir».

Rasim Musabəyov:

«İndi Avropa Birliyi adından hansısa bəyanat səslənibsə, bunların o saat üzrxahlıq edəcəyini və bunu düzəltməyə söz verəcəklərini gözləməyə dəyməz... Problemlər var, amma BİR TƏRƏFİN MÖVQEYİNƏ ƏSASLANARAQ O BƏYANATLAR VERİLMƏMƏLİDİR. Hansısa bir rabitə yaradılaraq o suallara rəsmi münasibət öyrənilməli idi. Hər halda, fərz edirəm ki, Xarici İşlər Nazirliyi bu aspektdən yanaşaraq öz narahatlığını və rəsmi
Rasim Musabəyov
rəyini səsləndirib».

Arzu Abdullayeva:

«Gərginlikdən söhbət etməzdim, hər halda işlək münasibətlər öz qaydasındadır. Hər bir diplomatın müxalifət nümayəndələri ilə görüşmək və vəziyyəti öyrənmək haqqı var. Ancaq SƏFİRLƏR MÜXALİFƏT PARTİYALARI İLƏ QAPALI ŞƏKİLDƏ GÖRÜŞDÜLƏR. Bu, əslində prosesləri öyrənmək deyil, proseslərin iştirakçısına çevrilmək deməkdir. Bu, təbii olaraq Azərbaycan iqtidarında narahatlıq yaradır...».

Rasim Musabəyov:

«Bəlkə, BİZƏ DİALOQ LAZIMDIR. Ancaq bir neçə dəfə vətəndaş cəmiyyətinin nümayəndələri dialoq üçün iqtidar nümayəndələrinə müraciət edib. Əfsuslar olsun ki, biz bu razılığı ala bilmirik. Ancaq indi dünya ictimaiyyəti və beynəlxalq təşkilatların Azərbaycan iqtidarına sərgilədiyi münasibət mənim üçün tamamilə gözlənilən idi. Həqiqətən Azərbaycanda vəziyyət çox pisdir...».

XS
SM
MD
LG