Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:02

BRICS BMT-də islahatlar aparmağa çağırıb


İqtisadi cəhətdən inkişaf etməkdə olan ölkələrin liderləri Çin sammitində BMT-də islahatlar aparmağa çağırıblar.

Görüşün sonunda qəbul edilmiş birgə bəyanatda bildirilir ki, inkişaf etməkdə olan ölkələrin BMT-də qərarların qəbulunda rolu artırılmalıdır.

Bu qrupa daxil olan Braziliya, Hindistan və Cənubi Afrika Respublikası BMT-nin təhlükəsizlik şurasının daimi üzvləri olmağa çalışırlar.

Qeyd edək ki, qrupun digər iki üzvü Rusiyayla Çinin belə statusu var.

liderlər həmçinin Liviya münaqişəsində güc tətbiq etməməyə və dünyada iqtisadi sabitliyi təmin etmək üçün daha qlobal valyuta sistemi yaratmağa çağırıblar.
XS
SM
MD
LG