Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:16
AzadlıqRadiosunun «İşdən sonra» proqramında iqtisadçı-ekspertlər Nazim Məmmədov və Zöhrab İsmayıl prezidentin son müşavirəsində səsləndirilən fikirlərə münasibət bildiriblər.

Zöhrab İsmayıl:

«Böyük korrupsiya var. BÖYÜK KORRUPSİYA ƏVVƏLKİ KİMİ DAVAM EDİR. Tenderlər keçirilmir, dövlət şirkətlərində şəffaflıq, hesabatlılıq yoxdur, bu şirkətlərə büdcədən xeyli vəsait ayrılır, ancaq bunun müqabilində vergilərin ödənilməsində hansısa irəliləyiş yoxdur. Yəni vəsaitlər artdıqca o şirkətlərə, onların ödədiyi vergilər artmır və ya azalır. Mən bunu rəsmi rəqəmlərə əsasən deyirəm... Mənim yanaşmam ondan ibarətdir ki, azad media olmayınca, hökumət qurumları effektiv fəaliyyət göstərməyincə, korrupsiyaya qarşı deklorativ mübarizə uğursuzluğa düçar olacaq».

Nazim Məmmədov:

«Hökumət yuxarıdan islahatlar aparır. Bəzi insanlar deyirdilər ki, cənab prezident siyasi iradə qoymalıdır ortaya, korrupsiya ilə mübarizə aparmalıdır. MÜBARİZƏ BAŞLANIB. İndi deyirlər ki, bunun heç bir nəticəsi olmayacaq, bu, kampaniya xarakteri daşıyır. Məişətdə rüşvətxorluq bütün ictimaiyyəti narahat edən məsələdir. Burda ilk növbədə vətəndaşlarla təmasda olan məmurların maaşları artırılmalıdır. Yəqin ki, bu addımlar atılacaq...

Biz inqilabı o idarə edənlərin beyinlərində etməliyik. O baxımdan məmurun maaşı yüksək olmalıdır.
Nazim Məmmədov
Ondan da tələbkarlıq tələb olunmalıdır».

Zöhrab İsmayıl:

«Sistemin özündə ciddi problemlər var. BU SİSTEM SÖZLƏ DƏYİŞƏ BİLMƏZ... Azərbaycan məhkəməsi müstəqil qərar qəbul edə bilmirsə, korrupsiyaya qarşı mübarizə baş tutmayacaq».

Nazim Məmmədov:

«Mənim fikrimcə, heç olmasa, YAŞAYIŞ MİNİMUMU 120 MANATA QALDIRILMALIDIR... Birdən birə 100 faiz nəyinsə qaldırılması mümkün deyil. Güman edirəm ki, 900 min təqaüdçünün pensiyası və büdcə təşkilatında çalışan 3 milyona yaxın vətəndaşımızın əməkhaqqı 10-25 faiz qaldırıla bilər...».

Zöhrab İsmayıl:

«Prezident və ayrı-ayrı nazirlər var. Amma bir orqanizm kimi hökuməti görə bilmirik. Haradadır bizim Baş nazirimiz? O niyə danışmır? Gərək nazirlər öz sahələrindəki dəyişikliklər barədə məlumat versinlər...».

Şərhləri göstər

XS
SM
MD
LG