Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:18
Aprelin 16-a nəzərdə tutulan bu aksiyada gənclər korrupsiya, rüşvətxorluq, qanun pozuntuları mövzusunda onları narahat edən sualları videoya yazacaqlar. Onlar həmin videolarda konkret fakt göstərəcək, bununla bağlı müvafiq dövlət qurumuna müraciət edəcək.

Aksiyanı Rusiyadakı «Naşi» ("Наши") adlı gənclər qurumu təşkil edir. «Naşi» bu aksiyasına 50 000 adam toplamağı düşünür. Onlar aksiya keçirilən gün «Ağ önlüklülər» adlanan korrupsiya ilə mübarizə komitəsinin yaradılacağını bildirirlər. Artıq bu komitənin adından «Korrupsiya əleyhinə seks» başlığı ilə təqvim də çap edilib. Təqvimdə alt paltarında olan gənc qızların şəkilləri və «Korrupsionerə ərə getmə!», «Korrupsiyasız yaşamağı öyrən!» kimi şüarlar əksini tapıb.

Bu, «Naşi»nin ikinci belə «Məhəbbət təqvimi»dir. Bundan əvvəl həmin təşkilat Rusiyanın Baş naziri Vladimir Putinə də erotik şəkillərindən ibarət təqvim hazırlayıblar.

Şərhləri göstər

XS
SM
MD
LG