Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:28

Müxalifət növbəti mitinqi Sahil bağında keçirə bilər


İctimai Palata aprelin 17-nə təyin etdiyi mitinqi Sahil bağında keçirə bilər.

Bu barədə İctimai Palatanın Mitinq Komitəsinin bu gün Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında keçirilən iclasında bildirilib.

İctimai Palata Bakı Şəhər İcra hakimiyyətinə müraciət edərək Nərimanov kinoteatrının qarşısındakı meydanda mitinq keçirmək istəyini bildirib.

Qeyd olunub ki, əgər müraciətə müsbət cavab verilməsə mitinq Yeni Azərbaycan partiyasının qərargahı qarşısındakı Sahil bağında keçiriləcək.

Mitinq komitəsinin toplantısında KXCP, AXCP, AMİP və Müsavat partiyalarının nümayəndələri iştirak edib.

Bakı meriyası bundan əvvəl İctimai Palatanın eyni ünvanda mitinq keçirməsinə icazə vermədiyinə görə, müxalifət partiyaları aksiyanı Bakının mərkəzindəki “Fəvvarələr” meydanında geçirməyə cəhd göstərdi və mitinq dağıdılarkən xeyli adam saxlandı.
XS
SM
MD
LG