Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:37

Tanınmış basketbolçu təhqirə görə 100 min dollar cərimələndi


Milli basketbol Assasiasiyası (NBA)Amerika basketbolunun ulduzu Kobe Bryant-ı 100 min dollar cərimələyib. Səbəbsə Bryantın oyun zamanı hakimin ünvanına qeylər əleyhinə təhqiredici ifadə işlətməsi olub.

Qeylərin hüquqlarını müdafiə edən qruplar cəriməni alqışlasalar da, oyunçunun ictimaiyyət qarşısında üzr istəməsini istəyir.

Kobe Bryant isə bildirib ki, o, hakimin qərarından məyus olduğundan ağzından təhqiredici ifadə qaçıb. Və sözləri qey və lezbiyanları təhqir etmək məqsədi daşımayıb.

32 yaşlı Bryant dünyanın ən tanınmış basketbolçularından biridir və 5 dəfə NBA çempionu olub.
XS
SM
MD
LG