Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:15

Tunisin keçmiş prezidentinə qarşı 18 ittiham


Tunis hökuməti devrilmiş prezident Zine Al Abidin Ben Aliyə qarşı 18 maddə üzrə ittiham irəli sürmək niyyətindədir. Bunların arasında adam öldürmək, narkotik qaçaqmalçılığı kimi ittihamlar da var.

Bu barədə Tunisin ədliyyə naziri Lajar Karui Şebbi deyib. Nazir bildirib ki, hökumət Səudiyyə Ərəbistanından Ben Alinin ekstradisiyasını da tələb edir.

Tunisdə prezidentin istefası tələbi ilə kütləvi etiraz aksiyalar keçirilən vaxt Ben Ali ölkədən qaçaraq Səudiyyə Ərəbistanına gedib.

Tunis hökuməti İnterpola müraciət edərək, devrilmiş prezidentin həyat yoldaşı və ailə üzvlərinin də həbsinə yardım etməsini xahiş edib.
XS
SM
MD
LG