Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:46

ABŞ-da hərbi cinayətlər törətməkdə şübhəli bilinən 2 nəfər saxlanıb


ABŞ-da 1992-1995-ci illərdə Bosniya müharibəsində hərbi cinayətlər törətməkdə şübhəli bilinən 2 nəfər həbs olunub. Biri kişi, bir qadındır. Onlar Bosniya hökumətinin müraciəti ilə həbs olunublar. Tutulanların ekstradisiya olunacağı gözlənilir.

ABŞ məhkəməsinə daxil olan sənədə görə, onlar 1993-cü ildə Trusina kəndinə hücum edən ordu hissəsinin üzvü olub, həmin hadisədə 12 nəfər öldürülüb.

39 yaşlı Edin Dzeko və 38 yaşlı Rasema Handanovic dünən həbs olunublar. Məlumatda deyilir ki, iki bosniyalı müxtəlif vaxtlarda Bosniyadan emiqrasiya edərək Amerika vətəndaşlığını alıblar.
XS
SM
MD
LG