Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:43

Prezidentin sözü ilə real işləri, Gülər Əhmədova «Facebook»da və...


Mətbuat icmalı

Mətbuat icmalı

«HEYDƏR ƏLİYEVİN XARİCİ SİYASƏT KONSEPSİYASI UĞURLU BƏHRƏLƏRİNİ VERİR». «Azərbaycan» qəzeti Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun bu başlıq altında yazısını dərc edib.

Məqalədə müəllif Azərbaycanın daxili və xarici siyasəti, Dağlıq Qarabağ danışıqları, Azərbaycanın beynəlxalq təşkilatlarda təmsilçiliyi və s. məsələlərə toxunub.

«Demokratikləşmə, insan hüquq və azadlıqlarının etibarlı təminat mexanizmlərinin formalaşdırılması, liberal dəyərlərin mənimsənilməsi Azərbaycanın xarici siyasət doktrinasının mühüm vektorlarından biri olsa da, rəsmi Bakı müəyyən dairələrin bu bəşəri dəyərlərdən geosiyasi təzyiq aləti kimi istifadə etməsi cəhdlərinə qarşı çıxır, «demokratiyanın müdafiəsi bayrağı» altında «ikili standart» yanaşmaları, yeni müstəqillik qazanmış dövlətlərin suveren hüquqlarına müdaxiləni yolverilməz hesab edir. Silah gücünə və ya müxtəlif «rəngli inqilab»larla demokratiya toxumu əkmək prinsipi, bütövlükdə, demokratiya ideallarını şübhə altına alır, xalqlarda demokratiyaya inamsızlıq yaradır, ümumbəşəri dəyərləri vasitəyə çevirərək müəyyən məqsədlərə nail olmaq istəyənlərin səmimiliyini sual altında qoyur».

«PREZİDENT SÖZÜ REAL İŞLƏRLƏ TAMAMLANIR». Bu məqalə «Azərbaycan» qəzetinin baş yazısıdır. Məqalədə deyilir ki, bu il martın 31-də prezidentlə görüşən Suraxanı rayonunun Bülbülə qəsəbə sakinləri üzləşdikləri yol probleminin həlli üçün dövlət başçısına müraciət ediblər. «Həmin vaxt prezidentlə görüşlərində qəsəbə sakinlərinin əsas istəklərindən biri Bakı-Aeroport yolu çəkilərkən «Komsomol dairəsi» adlandırılan yerdən Bülbüləyə girən və Əmircandan çıxan yolun kəsilməsi ilə bağlı oldu. Yaranan vəziyyətdə bütün avtobuslar, yük və minik maşınları Heydər Əliyev prospektinə çıxmaq üçün Bülbülənin daxili yollarından keçmək məcburiyyətində idilər. Problem barədə Bülbülə sakinləri tərəfindən prezidentə məlumat verildikdən sonra dövlət başçısı məsələnin həlli üçün çəkiləcək yeni yolun keçəcəyi əraziyə, qəsəbədaxili vəziyyətə yerindəcə şəxsən diqqət yetirdi. Elə onda Bülbülə sakinləri yaxşı bilirdi ki, üzləşdikləri bu problem tezliklə öz həllini tapacaq və tapdı da. Həmin vaxt vəziyyətlə yerində tanış olduqdan sonra prezident məsələnin həlli üçün yeni yolun çəkilməsinə dair müvafiq göstərişlərini verdi. Cəmi 11 gün sonra isə müasir standartlara cavab verən yeni yol Bülbülə qəsəbə sakinlərinin istifadəsinə verildi. Özü də prezidentin iştirakı ilə».

«NƏ İNTERNETDƏ, NƏ REAL HƏYATDA İNQİLAB OLMAYACAQ». Bunu «Facebook»un fəal istifadəçilərindən olan YAP-çı deputat Gülər Əhmədova «Bizim yol» qəzetinə müsahibəsində deyib:

«Mən də mütəmadi olaraq «Facebook» istifadəçisiyəm. Hətta çoxları elə bilir ki, bu, mən deyiləm. Orada olduğum üçün aparılan müzakirələrdən xəbərdaram. Hazırda yaz havasının təsiri var. Görünür, bu fəallaşma da havaların isinməsi ilə bağlıdır. Azərbaycanda nə internetdə, nə də real həyatda inqilab olmayacaq.

- Amma telekanallar və çap mediası vasitəsi cəmiyyətə informasiya çıxışları məhdud olan müxalifət sosial şəbəkələr vasitəsi ilə insanları mitinqinə cəlb edə bildi…

- Müxalifətin keçirmək istədiyi mitinqi kütləvi adlandırmaq doğru deyil. Bu mitinqə müəyyən adamlar çıxdı. Bu adamlar müxtəlif qruplara daxildirlər. Onların bəziləri özlərinə məşğuliyyət axtaran, bəziləri peşəkar müxalifətçilərdir, bəziləri isə hay-küyə gedən adamlardır. Hesab edirəm ki, Azərbaycanda mitinq məsələsinin gündəmə gəlməsi dəbdən irəli gəlir. Ərəb ölkələrində baş verənlərdən ruhlananlar bu qərarı veriblər».

««AZTV» ŞƏHƏRİ GƏZİB İSTEFA VERƏN «MÜXALİFƏTÇİ» AXTARIR»

«Dünən saat 15:00 radələrində Azərbaycan Dövlət Televiziyasının (AzTV) səyyar kamera və mikrofonları «Nərimanov» metrosunun yaxınlığındakı parkda quraşdırılıb və müvafiq təbliğat kampaniyasına start verilib».

Bu barədə «Yeni Müsavat» qəzetinə həmin parkda istirahət edən oxucu xəbər verib. O deyir ki, Nərimanov rayon İcra Hakimiyyəti və mənzil-istismar idarələrinin işçiləri bir qrup adamı yığaraq «AzTV»nin onlardan müsahibə götürməsini təşkil ediblər:

«Həmin şəxslər də növbə ilə kamera qarşısında özlərini İctimai Palataya daxil olan partiyalardan birinin üzvü kimi qələmə verir, liderlərinin seçdiyi mitinq taktikasına etiraz etdiklərini deyir, daha sonra etiraz əlaməti olaraq partiyadan çıxdıqlarını vurğulayırlar. Müxalifət partiyalarının açıqlamalarına görə, son günlərdə nəinki partiyanı tərk edən yoxdur, əksinə, müxalifət düşərgəsinə axın var...».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG